İCAPP-ın Bakıda keçirilən xüsusi konfransında bəyanat qəbul edilib
22-11-2022 [13:18]
Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda Bakıda keçirilən xüsusi konfransında bəyanat qəbul edilib.
Mia.az xəbər verir ki, toplantıda YAP sədrinin müavini – Mərkəz Aparatın rəhbəri Tahir Budaqov, ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-Yong, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Ə.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Konfransın birinci hissəsində Tahir Budaqov, Chunq Eui-yong, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Afif Demirkıran çıxış ediblər.
Sonra isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycanın Ermənistana sülh müqaviləsi imzalanması təklif etdiyini xatırladıb: “Ermənistan ərazi iddialarından əl çəkilməli, sərhədlərin delimitasiya və demarksiyası həyata keçirilməli, kommunikasiyalar açılmalıdır. Azərbaycanda siyasi partiyalar bununla razıdır, Ermənistanda da siyasi partiyaların da buna razı olacağına ümid edirik. Azərbaycan regiona sülh gətirmək niyyətindədir”.
Rusiyanın hakim Vahid Rusiya Partiyasının Baş katibinin müavini Andrey Klimov tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib, İCAPP-ın qəbul etdiyi sənədlərdəki prinsiplərin yerinə yetirilməsini vacib sayıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan Azərbaycan və Ermənistan arasında sülh sazişinin ərazi bütövlüyü əsasında imzalanacağına əmin olduğunu və regionda davamlı sülh və sabitliyin təmini üçün tarixi bir şərait yarandığını vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Aynur Sofiyeva nəzərə çatdırıb ki, müharibə bitəndən sonra da Azərbaycan vətəndaşları mina problemindən əziyyət çəkir: “Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır. İnanıram ki, konfransda iştirak edən partiyalar günümüzün aktual problemlərinin həllinə mühüm töhfə verəcək. Azərbaycan da qlobal təhlükəsizliyə töhfə verməklə siyasətini həyata keçirəcək”.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) baş katibi Ço Byunq-cae bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransa çox mühüm mesajlar göndərib. O, qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb.
Daha sonra Ço Byunq-cae konfransın Bəyanatı barədə məlumat verib.
Bəyanatda qeyd edilib ki, konfransda regional və qlobal təhlükəsizlik müzakirə olunub: “Qlobal təhlükəsizliyin təmini üçün siyasi partiyaların imkanından istifadə olunması vacibdir. Siyasi partiyalar müxtəlif ölkələri və cəmiyyətləri, tolerantlığı təmsil olunur. İdeoloji fərqlərə rəğmən, bütün partiyaların təhlükəsizlik, sabitlik və əməkdaşlıq kimi ümumi dəyərləri var. Qlobal təhlükəsizliyi təmin etmək üçün siyasi partiyalar arasında əməkdaşlığı keçirmək, mütəmadi görüşlərin keçirilməsi önəmlidir”.
Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Azərbaycan və Ermənistan arasında, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün geniş imkanlar yaradıb: “Eyni zamanda üçtərəfli Bəyanat regionda davamlı təhlükəsizlik üçün zəmin yaradır”.
YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov çıxışında İCAPP-ın bundan sonra da Asiyada sülh və təhlükəsizliyə böyük töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.
Çıxışlardan sonra konfrans işini yekunlaşdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi