Heydər Əliyevin keçmiş tərcüməçisi xəstəxanaya düşdü - SƏBƏB

img

28-04-2014 [17:38]


Azərbaycanlı tərcüməçi Çərkəz Qurbanlı insult keçirib.

Bu barədə ANS PRESS-ə açıqlamasında Çərkəz Qurbanlının qardaşı oğlu Orxan Qurbanlı deyib. O bildirib ki, artıq 4 gündür ki, Ç.Qurbanlı xəstəxanaya yerləşdirilib: "Hazırda Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Vəziyyəti ağırdır".

Xəstəxanadan verilən məlumata görə, proferssor Çərkəz Qurbanlı hazırda süni nəfəs aparatına qoşulub. Həyatı təhlükəsinin olduğunu deyən həkimlər, Ç.Qurbanlının beyin qan dövranının pozulduğunu bildiriblər.

Qeyd edək ki, Çərkəz Qurbanlı uzun müddət ulu öndər Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi çalışıb. "Əli və Nino" əsərinin arxivini araşdıran tərcüməçi Azərbaycan Dillər Universitetinindən elmlər namizədidir. 73 yaşlı proferssorun oğlu isə Qarabağ döyüşlərində şəhid olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA