Kəmaləddin Heydərov da kadr dəyişikliyi etdi - TƏYİNAT

img

28-04-2014 [17:21]



Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib. 

AzNews.az-a daxil olan məlumata görə, nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib.

Xatırladaq ki, uzun illər "AzərTAc”da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. İTV-nin yeni rəhbərliyi ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən isə telekanaldan uzaqlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA