Akademik Şahin Mustafayev: “Bu, türk ölkələrində vahid elmi məkanın formalaşmasına xidmət edəcək” - MÜSAHİBƏ
21-11-2022 [12:14]
Məlum olduğu kimi, görkəmli alim, tarixçi, türkoloq, akademik Şahin Mustafayev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Beynəlxalq Türk Akademiyasının prezidenti seçilib.
Akademik Şahin Mustafayev 6 il UNESCO-nun Səmərqənddə yerləşən Beynəlxalq Orta Asiya Tədqiqatları İnstitutuna rəhbərlik edib. O, çoxsaylı konfrans və bir neçə beynəlxalq layihənin təşkilatçısı olub. Orta əsrlər türk tarixi sahəsində bir sıra dəyərli elmi araşdırmaların müəllifi, akademik Ziya Bünyadovun tələbəsi və davamçısı olan alim Azərbaycan tarixinə aid qiymətli Osmanlı mənbələrini də dilimizə çevirərək silsilə kitablar nəşr etdirib.
Akademik Şahin Mustafayevlə müsahibəni təqdim edirik:
- Şahin müəllim, əvvəlcə Sizi Beynəlxalq Türk Akademiyasının prezidenti seçilməyiniz münasibətilə təbrik edirik. İstərdik bununla bağlı təəssüratlarınızı bölüşəsiniz.
- Əvvəla, qeyd edim ki, Beynəlxalq Türk Akademiyasının yaranma ideyası ilk dəfə 2009-cu ildə Türkdilli Dövlətlərin başçılarının Naxçıvan görüşündə səsləndirilmiş və növbəti il Akademiyanın Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində rəsmi şəkildə təntənəli açılış mərasimi baş tutmuşdur. 2014-cü ildə beynəlxalq status almış Akademiya bu gün artıq dünyada nüfuz qazanmış elmi təşkilat kimi fəaliyyət göstərir.
Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk dünyasının hərtərəfli elmi araşdırılmasına beynəlxalq səviyyədə öz töhfəsini verməkdir. Bu baxımdan türk dövlətləri təşkilatının elmi bir qurumu kimi də fəaliyyət göstərən Akademiya bu günə qədər türk xalqlarının tarixi, dili, ədəbiyyatı sahəsində tədqiqatlar aparmış və bir sıra önəmli nəticələr əldə etmişdir.
Bu il noyabr ayının 11-də Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Beynəlxalq Türk Akademiyasının prezidenti seçilmişəm. Mənə qədər bu vəzifəni türk dünyasında yaxşı tanınan Qazaxıstan nümayəndəsi, professor Darxan Kıdırali həyata keçirirdi. Əlbəttə, bu yüksək vəzifəyə təyin olunmağım mənim üçün bir şərəfdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və digər türk dövlətlərinin başçılarının imzası ilə bu vəzifəyə təyin olunmağım mənə göstərilən böyük etimadın nümunəsidir. Eyni zamanda, bu, olduqca məsuliyyətli bir vəzifədir. Azərbaycan Respublikası Prezidenti Səmərqənd Zirvə görüşündə etdiyi çıxışda xüsusi olaraq vurğulayıb ki, “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq”.
Təbii ki, mənim öhdəmə düşən vəzifə də Akademiyanın prezidenti kimi vətənimizin beynəlxalq siyasi amalına uyğun olan və türk dünyasının elm sahəsində inkişafına yönəlmiş fəaliyyəti həyata keçirmək, mənə göstərilən yüksək etimadı öz işlərimlə əməldə doğrultmağa çalışmaqdır. Hesab edirəm ki, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm.
- Beynəlxalq Türk Akademiyasının türkdilli ölkələr arasında elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edərdiniz. Bu istiqamətdə hansı yeni layihələrin icra olunması nəzərdə tutulur?
- Bu günə qədər Beynəlxalq Türk Akademiyası türk xalqlarının qədim tarixi, dili, ortaq mədəniyyətinin öyrənilməsi istiqamətində bir sıra işlər aparıb, bəzi layihələr həyata keçirib. Eyni zamanda, müxtəlif ölkələrdə beynəlxalq elmi tədbirlər (konfranslar və simpoziumlar) təşkil olunub və ayrı-ayrı kitablar nəşr edilib. Bundan başqa, “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası hazırlanıb.
Akademiyanın ən önəmli uğurlarından biri bu il arxeologiya sahəsində əldə olunub. Belə ki, Monqolustanın Arxanqay oymağında, Nomqon vadisində Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə ekspedisiyasının nəticəsində İkinci Türk xaqanlığının banisi Qutluq xaqana aid olduğu hesab edilən məqbərə kompleksi aşkar olunub. Bəzi mütəxəssislərin qənaətinə görə, bu kompleksdə tarixdə ilk dəfə üzərində “türk” sözünün işləndiyi qədim runik yazılı kitabə tapılıb. Əlbəttə, bu sahədə əlavə geniş araşdırmaların aparılması zəruridir. Bu tapıntı dünya türkologiyası sahəsində böyük əhəmiyyətə malik hadisədir.
Bununla yanaşı, Beynəlxalq Türk Akademiyası ortaq türk tarixi üzrə dərsliklərin hazırlanması layihəsi üzərində də iş aparır. Bir neçə türk ölkəsinin mütəxəssisləri tərəfindən daimi fikir mübadiləsi və müzakirələr nəticəsində hasil olan ilk dərsliklərin gələcəkdə bütün türk dövlətlərinin orta məktəblərində istifadə olunması nəzərdə tutulur.
- Akademiyanın üzvü kimi Azərbaycan tərəfindən hansı işlər görülüb?
- Azərbaycan alimləri Akademiyanın müxtəlif elmi tədbirlərində və layihələrində digər türk dövlətlərinin mütəxəssisləri ilə birlikdə kifayət qədər fəal iştirak ediblər və bundan sonra da belə olacağına heç bir şübhə yoxdur.
Bu istiqamətdə görülən işlərin bir hissəsini qeyd etmək istərdim. Belə ki, ölkəmizin bir sıra alim və yazıçıları türk dünyasında fəlsəfi fikrin, elm və təhsil sahəsində əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının qızıl medalı, eləcə də türk dünyası ədəbiyyatı sahəsində böyük xidmətləri olan tanınmış insanlara təqdim olunan Əlişir Nəvai Qızıl medalı ilə təltif olunublar.
Bundan əlavə, Azərbaycan alimləri və ölkəmizin nazirlikləri ilə Beynəlxalq Türk Akademiyası arasında dəfələrlə görüşlər keçirilib, birgə dərsliklər, dərs vəsaitləri hazırlanıb.
- Beynəlxalq Türk Akademiyasının prezidenti kimi qurumun fəaliyyətində hansı yenilikləri həyata keçirməyi planlaşdırırsınız?
- Əminliklə deyə bilərəm ki, Akademiyanın müasir, professional elmi mərkəz kimi inkişafı və onun beynəlxalq elmi məkanda nüfuzunun yüksəldilməsi istiqamətində əlimdən gələn dəstəyi göstərəcəyəm.
Gələcək layihələrə gəldikdə isə, düşünürəm ki, konkret layihələri açıqlamaq üçün bir qədər zamana ehtiyac var. Təbii ki, mənim nəzərdə tutduğum bir neçə beynəlxalq layihə var. Onlar yalnız Türk ölkələrinin elmi dairələri ilə müzakirələrdən və ortaq mövqe əldə edildikdən sonra Akademiyanın elmi proqramında yer ala bilər.
Qeyd edim ki, Beynəlxalq Türk Akademiyasının fəaliyyəti ilk növbədə, türk ölkələrində vahid elmi məkanın formalaşmasına, bu ölkələrin elmi qurumları və mühitinin bir-biri ilə sıx inteqrasiyasına xidmət edəcək. Bu, bizim başlıca amalımız olmalıdır. Çünki, heç şübhəsiz, beynəlmiləl məfhum və varlıq olan elm qapalı məkanda və dar çərçivədə inkişaf edə bilməz. Onun dolğun inkişafı üçün ayrı-ayrı ölkələrin sərhədlərindən kənara çıxıb dünya elmi ilə bütövləşməsi önəmli şərtdir. Bu baxımdan Beynəlxalq Türk Akademiyası türk dünyasında geniş elmi inteqrasiya prosesinə öz töhfəsini verməklə ölkələrimizdə elmi mühitin sağlam və uğurlu inkişafına xidmət etmiş olacaq. Həmçinin ortaq türk tarixi, ortaq türk dili, türk ədəbiyyatı sahəsində elə mühüm və aktual məsələlər var ki, onların alimlərimizin ümumi səyləri ilə həll olunması olduqca zəruridir. İnanıram ki, Akademiya öz imkanları çərçivəsində bu problemlərin tədqiqi və həlli istiqamətində fəaliyyət göstərəcək.
- Şahin müəllim, bildiyimiz kimi, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Sizin fikrinizcə, Azərbaycan elmində həyata keçirilən islahatlar elmimizin inkişafına hansı müsbət təsirlər göstərəcək?
- Hesab edirəm ki, AMEA-da köklü və ciddi islahatların keçirilməsi zərurət idi. Bu islahatların obyektiv səbəbləri var. Bu vəziyyətin Azərbaycanda yüksəkixtisaslı elmi kadrların olmaması ilə bağlılığı yoxdur. Əksinə, akademik institutlarda öz sahəsinin peşəkarı olan, fədakar alimlər kifayət qədərdir. Sadəcə AMEA-nın strukturu, oradakı daxili münasibətlər, kadrların seçimi kimi məsələlərdə böyük problemlər mövcud idi və bütün bunlar sanki elmi prosesi bir tıxaca gətirib çıxarmışdı. Böhranlı durum həm aparıcı alimlərimiz tərəfindən, həm də geniş ictimaiyyət arasında geniş müzakirə olunurdu, son zamanlar isə istər kütləvi informasiya vasitələrində, istərsə də sosial şəbəkələrdə öz əksini tapırdı. Bu barədə mətbuatda mənim də yazılarım dərc olunmuşdu və mövcud problemlərə, vəziyyətdən çıxış yollarına dəfələrlə öz münasibətimi bildirmişəm.
Düşünürəm, bundan sonra da elm sahəsində, AMEA-da başlayan dəyişikliklər davam edəcək. Bu prosesdə dünya elminin müsbət təcrübəsinin nəzərə alınacağına inanıram. İstənilən halda islahatlar, ilk növbədə, Azərbaycan elminin gələcək inkişafına xidmət etməlidir.
Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi