SEVGİ VƏ MƏMNUNLUQ YAŞANAN BİR GÜN... - FOTOLAR
18-11-2022 [12:55]
(Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektorunun Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, istedadlı gənc pedaqoq, AGMA-nın koordinatoru Gülgün Rzayevaya ad günü təbriki)
Hər kəsin qəlbində böyük sevgi və məmnunluq yaşadığı bir gün var: Doğum günü, təvəllüd günü!
18 NOYABR 2022-Cİ İL də uğurlu pedaqoji fəaliyyəti, işgüzarlığı, peşəyə sonsuz məhəbbəti haqqında Sizə danışacağım Gülgün xanımın (Rzayeva Gülgün Əlizamin qızının) İmişli rayonunun Aranlı kəndində dünyaya göz açıdığı bir gündür. Gözəl bir gün!
Gülgün xanım bu günün sevincini həm mükəmməl, sayılıb-seçilən ailə üzvləri, həm də müəllim-şagird kollektivləri ilə birgə yaşayır. Biz də həmkar kimi o sevincli günün coxsaylı təbriklərinə qoşulub, dəyərli və əziz Gülgün xanımı ürəkdən təbrik edirik! Yeni yaşı çox mübarək!
Tale elə gətirib ki, uşaqkən onlar Bakı şəhərinə köçüblər. Heydər Əliyev adına liseydə tam orta təhsil alıb. Müəllim olmaq arzusu ilə ADPU-nun filologiya fakültəsini bitirib. Bir müddət Bakı şəhərində kurslarda işlədikdən sonra doğma İmişliyə üz tutub.
2018-ci ildə MİQ-dən 52 bal toplayaraq Ağamalılar kənd tam orta məktəbində sevib-seçdiyi ixtisası üzrə müəllim kimi əmək fəaliyyətə başlayıb. 2019-2020-ci tədris ilindən isə yerdəyişmə edərək Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta məktəbində işləyir. Qəlbini-ruhunu uşaqlara verə bilən gənc pedaqoq, işlədiyi az zaman kəsiyində müəllim-şagird kollektivlərinin və valideynlərin dərin hörmətini qazanıb.
...Gənc pedaqoq həmişə axtarışdadır. Peşə fəaliyyətinə, işinə yenilik gətirmək, uğurlu təlim göstəricilərinə nail olmaq ən böyük arzusudur. Bəzən arzuları düşüncələrinə də hopur: "Müəllimlik sonsuzluqdur... Müəllimlik illər keçsə də hər şagirdin qəlbində yaşamaq, kiçik bir səs olmaqdır".
"Hər zaman öz xarakterinə, öz hislərinə, öz qəlbinə, öz ruhuna, öz əzminə inanan biri oldum..."
"Bu gün qəlbim elə bir sevgiylə, şəfqətlə dolub daşır ki, gözəllikdən başqa heç nə görmürəm."
Gülgün Rzayeva Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İmişli rayonu üzrə koordinatorudur.
O, Assosiasiyanın, işlədiyi məktəbin və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli Sektorunun tədbirlərində həmişə fəallığı, təşkilatçılığı ilə seçilir. Dəfələrlə gənc kimi ölkəmizdə və xaricdə İmişli gəncliyini uğurla təmsil edib.
...Gənc həmkarımızı təbrik edib, onu səciyyələndirən bəzi üstün cəhətləri Sizin də nəzərinizə çatdırmaq istədim. Əslində, bu kiçik bir təbrikdir, müəllimindən dəyərli, sadə, səmimi, mehriban və gözəl qızımıza AD GÜNÜ TƏBRİKİ!
Gülgün müəllimin uğurları, axtarışları, yaradıcılıq dünyası geniş və çox əhatəlidir. Ona uğur, ailə səadəti və cansağlığı arzulayırıq. Övlad qədər əziz olan Gülgün xanım bütün gözəlliklərə, təqdirə layiqdir!
Səxavət TAĞLAR
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi