Vüqar Rəhimzadə: "Azərbaycan-Albaniya münasibətlərinin gedəcəyi yol və əldə edəcəyi nəticələr çoxdur"
17-11-2022 [19:38]
Prezident İlham Əliyevin dost ölkəyə ilk dövlət səfəri Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək
"Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, dünya birliyinin fəal üzvü kimi tanınır və nüfuz qazanır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət nəticəsində ölkəmiz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Dövlət başçısının Albaniyaya səfərinin mahiyyətini və perspektivlərini özündə ehtiva edən mətbuata bəyanatında cənab İlham Əliyev bu ölkəyə ilk dəfə səfər etdiyini bildirərək belə bir əminliyi ifadə etdi ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşlərində əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olundu.
Onu da qeyd edək ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Gələn il bu tarixin 30-cu ildönümü olacaq. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Bu ölkənin prezidentləri Azərbaycana 5 işgüzar, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfərlər etmişlər. Münasibətlərdə açılan yeni səhifənin daha da zənginləşdirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu xüsusi qeyd edildi".
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin son iki ildə xarici ölkələrə səfərləri həm də postmünaqişə mərhələsində görülən işlərin təqdimatı olur: “Belə ki, ölkə Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan təmizlədik, beynəlxalq hüququ, ədaləti bərpa etdik. BMT Təhlükəsizlik Şurasının qətnamələrindən bəhs edən dövlət başçısı qeyd etdi ki, bu sənədlər 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmir, məhəl qoymur, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu. Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Dövlət başçısı İlham Əliyev iki ölkənin dəstəyinin qarşılıqlı olduğunu və bunun yüksək qiymətləndirildiyini bildirdi: « Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.»
“İki ölkə arasında əlaqələrin inkişafında mövcud imkanlardan bəhs edərkən enerji sektorunda əməkdaşlıq xüsusi qeyd olunur. Azərbaycan və Albaniya Cənub Qaz Dəhlizi layihəsinin əsas təkib hissəsi olan TAP layihəsinin üzvlərdir. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindədir. Təbii ki, bu qaz Albaniya ərazisindən keçəcək. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcək. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Hər iki ölkənin turizm imkanları da əməkdaşlığın genişləndirilməsində öz sözünü deyəcək»,- deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan və Albaniya arasında bu günədək 8 sənəd, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında” Saziş imzalanıb: «Hər bir sənəd əlaqələrdə yeni istiqamətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.”
YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, dövlət başçısı İlham Əliyevin Albaniyaya ilk dövlət səfəri əlaqələrin inkişafına böyük təkan verəcək. Ölkə Prezidenti İlham Əliyev Albaniya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməklə bir daha qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol oynadığını açıqladı. Hər iki ölkənin Prezidentlərinin mətbuata bəyanatlarından çıxan ümumi nəticə bundan ibarətdir ki, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi