Türkiyə, Litva, Çexiya, Fransa Ukrayna, Moldova və Azərbaycan gəncləri bir arada

img

28-04-2014 [14:03]


"Demokratik Gənclər” İctimai Birliyi (DGİB) gənclərin Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında Gənclərinin rolunun artırılmasına yardım etmək məqsədi ilə 2004-cü ildə iyul ayında təsis edilmiş 02.07.2008 cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alinmışdır. Birliyin əsas fəaliyyəti Gənclər arasında vətənpərvərliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının təbliğinə kömək etmək və onlarinİctimai fəallığını artırılmasına nail olmaqdır.

"Demokratik Gənclər” İctimai Birliyi 2013-ci ilin iyun ayında Avropa Komissiyasının "Gənclər hərəkətdə” proqramı üzrə elan etdiyi müsabiqədə "Fərdi Dəyərlər” adlı layihə təqdim etmiş həmin ilin sentyabr ayında müsabiqədə qalib gəlmişdir.

26 aprel 2014-cü ildə Bakı şəhəri NEMİ Otelində Türkiyə, Litva, Çexiya, Fransa Ukrayna, Moldova və Azərbaycan Respublikasından təmsil olunan 25 nəfər gənclər bir araya gəldilər. Tədbiri girş sözü ilə açan "Demokratik Gənclər” İctimai Birliyinin sədri Ramil Süleymanov ilk öncə qonaqları salamlayaraq, rəhbərlik etdiyi Birliyin fəaliyyəti və məqsədləri barədə ətraflı məlumat verdi. Tədbirin keçirilməsinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi də dəstək verir.

Daha sonra qonaqları Birliyin fəaliyyəti ilə baglı əlavə maraqlandırılan suallarada cavab verdi. Sonra tədbir iştirakçıları öz təmsil etdikləri qrumları haqqında ətraflı məlumat verdilər. Tədbirin ilk günü maraqlı anlarla yadda qalmış oldu.

Günün sonunda ilk olaraq Azərbaycan Mədəniyyət Gecəsi tədbiridə keçirildi. Qonaqlara Azərbaycanın tarixi,mədəniyyəti və mədəni dəyərləri haqqında ətraflı bilgilər verildi.

Layihənin məqsədi – Gənclər arasında mədəniyyətlərarası əməkdaşlığı inkişaf etdirməkdir. Layihə çərçivəsində Bu layihənin əsas məqsədlərindən biri də Avropadan dəvət olunan, müxtəlif gənclər təşkilatlarında təmsil olunan gənclərə Xarici ölkələrin gəncləri Azərbaycanın zəngin mədəni,tarixi irsi haqqında ətraflı məlumat verməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA