Sumqayıtda azyaşlı bacılar niyə ölüb? - Açıqlamalar (Yenilənib)

img

16-11-2022 [16:11]


Sumqayıt Şəhər Prokurorluğunda azyaşlı bacıların ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, azyaşlıların qida zəhərlənməsindən ölməsi ehtimal edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, 2018-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü qızlar valideynləri tərəfindən bu gün Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına aparılıb. Daha sonra onların öldüyü məlum olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR