Zahid Orucdan Fransa senatının qətnaməsinə izahat: "Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər"
16-11-2022 [12:05]
"Bu cür siyasi qətnamələrin sayı artdıqca, erməni xalqının sayı azalır".
Mia.az xəbər veirr ki, bu sözləri Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
O bildirib ki, Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük qələbədir: "Fransa Senatının dünənki qərarı da, 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir. Qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur. Baxın, dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir?
Senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir. Yunanıstanda olduğu kimi, Ermənistanla sərhədlərə qoşun yığıb, Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər. Xalqımız bilməlidir ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir. Siz Şarli Hebdo qətlindən sonra Parisdə çiyin-çiyinə dayanan dövlətləri Türkiyə və Azərbaycanla bir sırada görməzsiniz. Lakin o qətnamələr Vətən müharibəsinin nəticələrini dəyişmir, əskinə, erməni xalqına növbəti zərbədir. Çünki ondan yalnız bir ovuc siyasi avantürstlər fayda götürür. Baxın tarixə, belə qərarların sayı artdıqca erməni xalqının sayı azalır.
Fransa Senatının Xankəndi ermənilərinin təmçilçisi adı ilə Ovanes Kevorkyanı da dəvət edib. Qərbin siyasi riyakarlığına baxın, sabah ölkəmizi insan hüquqları və demokratiya pozuntusunda qınayanları bir daha tanıyın".
Z.Oruc bildirib ki, ölkəmizə qarşı sanksiyalara çağıranlar avropalıları soyuqdan dondurmağa razıdırlar: "Yelisey sarayı ilə Strasburqun parlament binası arasında məsafə cəmi 460 km-dir. Lakin dünyaya demokratiya dərsi verənlər 296-dan 295 səslə-az qala 100 faizlə qanlı totalitar diktatura olduqlarını sübut etdilər. Avropa dövlətlərində vəzifələrə yerləşən erməni şəbəkəsinə əsaslanıb deyə bilərik ki, Ermənistan kiçik, Fransa Böyük Ermənistandır. İkinci dünya müharibəsindən sonra ataları Almaniyaya “təslimçilik aktını-sülh müqaviləsini imzalama, biz səni qoruyacağıq” deyənlərin övladları bizi təhdid edir. Faşizmi dirçəldən Yelisey sarayıdır. Lakin Levon ter Petrosyan son müraciətini yazır- o, 34 il əvvəl Parisdən başlanan müharibənin növbəti qurbanlarını xəbərdar edir.
İki ay əvvəl, fransız müdafiə naziri Sebastyan Lekorno açıq bəyan etmişdi ki, biz Ermənistana qoşun yeritməliyik. Oktyabrın 6-da Praqada Prezident İlham Əliyev onun qarşısını aldı".
Komitə sədri vurğulayıb ki, çıxış yolu səfirliyə hücum etmək, yumurta və pomidor atəşinə əl atmaq deyil: "Ərzağa heyifdir. Total şirkətini Abşeron yatağından qovmaq da ölkəmizin iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir, əksinə, kampaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir. Cavab reaksiyamız Bolqarıstandan Ağdama, Praqadan Səmərqəndə qədər Qələbəmizi möhkəmləndirən prezidentlə bir olmaq, eləcə də şərq və Azərbaycan qadınının etirazını ləyaqətlə ifadə edən Mehriban xanım Əliyevanın qərarına onlarla dövləti qoşmaqdır. Biz ermənilərə deməliyik: siz türklərə və azərbaycanlılara xidmət edəndə xilas olursunuz. Onları başa salmalıyıq- əsgərini hərbi meydanda, ticarətçisini birjada. Biz Fransa parlementinə Şuşada yeni bəyənnamələrlə cavab verməliyik. Çünki bizim müttəqilərimiz daha çoxdur!".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi