"Belə bir vaxtda təhriklər düzgün addım deyil” - Ərdoğandan Polşaya atılan raketlərlə bağlı açıqlama

img

16-11-2022 [10:56]


“Polşaya raket atılması texniki səhv ola bilər və ya başqa səbəblər ola bilər”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələri liderlərinin İndoneziyanın Bali adasında keçirilən sammiti zamanı jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı bəyanatını xatırladıb: “Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır. Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım deyil”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri Alyansın Nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirəcəklər.

İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb: “Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla Nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR