Tatarıstan prezidenti Azərbaycana gələcək

img

15-11-2022 [12:27]


Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.

Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən "Report"a verilən məlumata görə, R.Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.

Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR