Generalların həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA

img

28-04-2014 [12:42]


"Mahmud Həmzəyev ordu sıralarından artıq ehtiyata buraxılıb. Çingiz Şəfiyev isə xidmətdədir. Bu şəxslərin istintaqa çağırılması, yaxud belə bir istəyin olması kimi proses yoxdur”.

Bu barədə Müdafiə Nazirliyin mətbuat xidmətindən Publika.Az-a məlumat verilib. Məlumata görə, sabiq nazir Səfər Əbiyev və onun dövründə işləmiş zabitlərlə bağlı hər-hansı istintaq aparılmır: "Kimsə həbs edilən də siz də biləcəksiniz, biz də. Hazırda belə bir şey yoxdur”.

Qeyd edək ki, Səfər Əbiyevin dövründə nazirlikdə mənimsəmələrin olduğuna dair xəbərlər yayılıb və hazırda bu iş üzrə istintaq gedir. Məlumatlara görə, iki həftə ərzində general Çingiz Şəfiyev və Mahmud Həmzəyev də istintaqa çağırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA