İstanbulun məşhur meydanında dəhşətli terror - 6 nəfər ölüb, 81 yaralı var, 46 nəfər tutulub - FOTOLAR (Yenilənir)
14-11-2022 [11:50]
Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin qəlbi sayılan Taksim meydanına çıxışı olan məşhur İstiklal küçəsində Bakı vaxtı ilə saat 17.20-də güclü partlayış baş verib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, hadisə mağazaların birinin önündə yaşanıb.
Partlayışın səbəbi və yaralılar barədə hələ ki rəsmi məlumat açıqlanmayıb.
Ehtinal olunur ki, bu, terror aktıdır.
Məlumata görə, hadisə yerinə şəhər valisi və bələdiyyə sədri Əkrəm İmamoğlu da gəlib.
***
Son məlumata görə, İstiklal küçəsindəkipartlayışda 4 nəfər ölüb, 38 yaralı var.
Mia.az xəbər verir ki, hadisə yerindən canlı yayım isə qadağan olunub.
Ərazi gediş-gəlişə tam qapanıb.
Hazırda hadisə barədə araşdırma aparılır.
***
Hadisə ilə bağlı açıqlama verən Türkiyə prezidenti Ərdoğan partlayışın terror olduğunu deyib.
O bildirib ki, hadisədə terror iyi var: "Valinin mənə verdiyi məlumata görə, bonbalı hücumda bir qadının da rolu görünür. Bu xain hücumun günahkarları tezlklə tapılacaq. Təəssüf ki, 6 nəfər ölüb, 53 yaralı var".
***
İstanbuldakı terror aktında yaralananların sayı artıb..
Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.
O, bildirib ki, yaralıların sayı 81 nəfərdir, 6 nəfər isə ölüb: "Bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”.
***
İstanbuldakı terroru PKK/PYD terror təşkilatı törədib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
O bildirib ki, partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik. Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır. Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”.
***
İstiklal küçəsində törədilən terror aktı ilə bağlı indiyədək 46 nəfər saxlanılıb.
Mia.az xəbər verir ki, bu məlumatı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"