GİZLƏDİLƏN TİBBİ AVADANLIQLAR, DƏRMANLAR VƏ... - Cavabdeh qurumun qanunsuzluqları üzə çıxdı (RƏSMİ DETALLAR)
11-11-2022 [13:00]
Hesablama Palatası "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsdə apardığı kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı Publik Hüquqi Şəxsin fəaliyyətinə dair nöqsanlar aşkarlayıb.
Mia.az Palataya istinadla xəbər verir ki, “İnnovasiya və Təchizat Mərkəzi”ndə aparılan nəzarət tədbiri Mərkəzin 2020-2021-ci illərdə fəaliyyəti və bu fəaliyyəti təmin etmək məqsədilə istifadə olunmuş ümumilikdə 228,1 milyon manat məbləğində vəsaiti əhatə edib:
"Həmin məbləğin 202,5 milyon manatı dərman vasitələri, tibbi ləvazimatlar və materiallarının, 18,7 milyon manatı isə tibbi avadanlıqların alınmasına yönəldilib, eləcə də 17,6 milyon manat məbləğində dərman vasitələri, tibbi ləvazimatlar və avadanlıqlar (tibbi tələbat) beynəlxalq təşkilatlar və istehsalçılar tərəfindən əvəzsiz qaydada verilib. Tibbi tələbatların və bununla bağlı büdcə vəsaitlərinə olan tələbat üzrə proqnozların əsaslı şəkildə hazırlanmaması səbəbindən bəzi hallarda illik tələbatdan daha çox dərman alınıb, faktiki tələbatın müəyyənləşdirilməməsi və paylanmada nəzərə alınmaması proqramlar çərçivəsində xəstəxanalar üzrə bir xəstəyə düşən vəsaitin məbləğinin nəzərəçarpacaq dərəcədə fərqlənməsi ilə nəticələnib.
Auditlə Mərkəz tərəfindən 2018-2021-ci illərdə alınmış 100 halda 3 milyon 342,5 min manat məbləğdə tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manat məbləğdə hemodializ avadanlıqları, eləcə də cəmi 215 min manat məbləğdə tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənədək anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib. Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 milyon manat məbləğində dərman vasitəsinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb.
Eyni molekulyar tərkibə, lakin fərqli qiymətlərə malik dərmanlar üzrə bəzi hallarda daha ucuz qiymətlər tətbiq edilməmiş, nəticədə, həmin hallar üzrə daha çox vəsait istifadə olunub. Bununla yanaşı, il ərzində mərkəzləşmiş xərclərdən proqramların və tədbirlərin təminatı üçün dərman vasitələrinin alınmasına vəsait yönəldilib ki, bu da müalicə-profilaktik müəssisələrin təminatında riskləri formalaşdırıb.
Funksional fəaliyyət tələbata və dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində təşkil edilməmiş, 847,9 min manat məbləğində dövlət vəsaitinin akkreditiv hesablara köçürülməsi ilə faktiki olaraq istifadə olunmadığı halda büdcə vəsaitlərinin kassa icrasına aid edilmiş, bu isə hesabatlarda təhriflərə yol açıb.
Dərmanların topdansatış qiyməti və tariflərin müqayisəsi Tarif Şurası tərəfindən tariflərin müəyyənləşdirilməsi məqsədilə tətbiq olunan yanaşmanın bazarda mövcud olan qiymətlərin və meyllərin nəzərə alınmaqla çevik qaydada yenilənmədiyini göstərib. Belə ki, alınan 144 adda eyni dərmanın 81-də qiymət azalsa da, onlardan 4-də bu azalma fonunda tarif artırılıb, 67 adda dərmanın tarifinin sabit qalması fonunda qiyməti azalmış, ümumilikdə, tariflər 75 adda dərman üzrə 18,5 - 57,1 % daha baha müəyyənləşdirilib.
Nəzarət tədbirin nəticəsinə görə, müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60 % səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30 %-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40 %, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50 % və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50 - 60 % aralığında olub.
Mərkəz tərəfindən qiymət intizamına nəzarət edilməyib, bir sıra hallarda obyektiv iqtisadi səbəblər olmadan bəzi malların alınması zamanı daha baha qiymətlər tətbiq olunub, eləcə də auditin əhatə etdiyi illərdə eyni mal üzrə fərqli qiymətlərlə alışlar həyata keçirilib, eyni dərman vasitələri bəzi müqavilələrdə və podratçılardan bir il daxilində fərqli qiymətlərlə alınıb.
Ölkədə bu sahədə alışı həyata keçirən qurumlar üzrə məlumatların müqayisəsi ilə eyni dərman vasitəsi üçün bəzi hallarda Mərkəz tərəfindən, bəzi hallarda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və TƏBİB tərəfindən müqavilələrin daha yüksək qiymətlərlə bağlanıldığı müəyyən olunub.
Tibbi avadanlıqlara və iddiaçılara tələblər düzgün müəyyənləşdirilməyıb, bağlanmış müqavilələrdə bəzi hallarda avadanlıqların dəyəri və göstəriləcək xidmət haqqı ayrı-ayrılıqda deyil, ümumi məbləğ kimi qeyd edilib, avadanlıqların ölkəyə gətirilməsi prosesində gömrük rəsmiləşdirilməsi zamanı avadanlıqlara aid xüsusiyyətlərin qeyd edilməməsi, bəzi hallarda bir neçə avadanlığın bir yerdə əks olunması və ya avadanlıqların tam vahid olaraq deyil, ayrı-ayrı hissələri olmaqla idxalı audit sübutlarının toplanması imkanlarını məhdudlaşdırıb.
Nəzarət tədbirinin nəticəsi olaraq yol verilmiş nöqsanlar səbəbindən artıq ödənilmiş 2,2 milyon manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, İTS və TƏBİB tərəfindən Mərkəzlə müqayisədə daha yüksək qiymətlərin tətbqi olunduğu hallar üzrə həmin qurumlara məlumatlar göndərilib. Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcədə audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi