Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Hacıqabul rayonunda "Gənclərin sağlam yaşamı” layihəsi çərçivəsində təlim keçirilib.Təlimdə Hacıqabul rayonundan 60 nəfər gənc iştirak edib.Layihənin rəhbəri Ruhlan Mehbalıyev çıxış edərəkbildirib ki, layihənin başlıca məqsədi regionlarda yaşayan gəncləri mövzu üzrə maarifləndirməklə zərərli vərdiş istifadəçilərinin sayının azaldılmasıdır.R.Mehbalıyev qeyd edib ki,layihə çərçivəsindəMasallı rayonundagənclərə təlim keçirilib. O, növbətitəliminŞirvan şəhərindəkeçiriləcəyini diqqətə çatdırıb.Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələskərovçıxış edərək dövlətin gənclərə qayğısından , maarifləndirmə tədbirlərindən və bu tipli layihələrin əhəmiyyətindən geniş məlumat verib.
Layihənin təlimçisi UNİCEF-in "Sağlam həyat tərzi” mövzusunda təlimçi Əligül Ağayev gənclərə alkoqolizm, narkomaniya, siqaret və s. kimi zərərli vərdişlərin yaradacağı fəsadlar barədə geniş məlumat verib, yaranan psixoloji və fiziki asılılıq aspektlərindən söz açıb. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilib, mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılıb.Təlim zamanı aparılan müzakirələr zamanı, gənclərin və yeniyetmələrin özlərini təsdiqetmə vasitələri olaraq zərərli vərdişlərdən istifadə edilməsi, özlərini daha "müstəqil” və "sərbəst” fikirli olduqlarını düşünməsi ortaya çıxan fəsadlar kimi müəyyən olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

