Sabah hava necə olacaq? - Proqnoz

img

11-11-2022 [12:16]


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR