27-04-2014 [23:18]
Beşinci yazı
Şahvələdli istiqamətində tank görünmürdü. Demək yalan deyirmişlər. Axı, bu xəbərləri yayanlar kimlərdir? Bunların məsləki, imanı yoxdurmu? Söz verdik ki, belə adamlardan kimi tutsaq, yerindəcə güllələyək.
Geri qayıtdıq. Polis şöbəsinin qabağında heç kəs yoxdur. Hamı xəstəxananın yanına – "El” yoluna qalxmışdı. Qaranlıq idi. Ramil də gəlib çıxdı. O, yanımızdan qaçan əsgərə "Qaçmayın, kişisiniz, qeyrətiniz yoxdur sizin?” deyərək, ağlayırdı. Birdən Ramil dedi ki, polis şöbəsinin anbarında külli miqdarda hərbi sursat var. Onları düşmənə qoymaq olmaz. Onu partladacağam. Ramil özü Füzuli rayonundan idi. Onunla çox döyüşdə olmuşam. Yüz nəfər Ramil kimi oğul olsaydı!..
Tahir, Mahir, Azər söz verdik ki, heç yerə gedən deyilik, şəhərdə qalırıq. Heç olmasa, əclaflardan bir neçəsini gəbərtməyə imkanımız var.
Mirzəcanlı məhləsinə girdik. 20 avqust 1993-cü il tarixində şəhərdə Azər, Tahir, Mahir, Kamran Mehdiyev, Elman Paşaoğlu, Cəmil Fətəliyev, hamının "dəli” kimi tanıdığı Davud Hüseynovun qardaşı Maksimdən başqa keç kim yox idi. İdris kişinin oğlu Familin həyətində gecələdik. Mədəniyyət şöbəsinin müdiri Fikrətlə xəbər göndərdik ki, rəhbərlərə deyin ki, şəhərdə erməni yoxdur. Qoy, bütün qüvvələr şəhərə girsin.
21 avqust 1993-cü il
Səhər alatoranlıqda Zəngilandan qüvvələr gəldi. Bir ədəd T-72 tankı "Qartal”ın yanına qalxdı. O, Hərəkül yolunu gözləməli idi. Artıq Bakıdan, Zəngilandan, Qubadlıdan göndərilən qüvvələr şəhərə girmişdi. Polis şöbəsinin qabağında xeyli qüvvə var idi. Polis şöbəsinə gələndə bir qız (rayonda hamı onu dəli hesab edirdi. Sən demə, o da gecə rayondan çıxmayıb. Anası hamamda xidmətçi işləyirdi) yolda qabağımı kəsdi: "Əlisoy, qurban olum, düzünü de, ermənilər Cəbrayılı tutacaq?” Qəhər məni boğdu. Onu qucaqladım. Hər ikimiz ağlamağa başladıq. Əlimlə polis şöbəsinin qabağındakı qüvvəni göstərib dedim ki, arxayın ol, bacı, hər şey yaxşı olacaq.
Yadıma dostlarımın, anamın, qardaşımın sözü düşdü: "Cəbrayıldakı hadisələri AXC-nin üstünə yıxacaqlar. Gəl, döyüşə getmə”. Mən isə elə düşünmürdüm. Axı, H.Əliyev özü demirdimi ki, kimin qeyrəti varsa, kim öz ata-babasının qəbrini qorumaq istəyirsə, əlinə silah alsın. Bəs, indi nə oldu? Geri çəkilmək olmazdı. Kim nə deyir-desin. Öləcəyəm, silahı əlimdən yerə qoymayacağam. Şikarın, Mirələmin, Kazımın, Arifin, Mehmanın qanı yerdə qalmamalıdır. Mənim günahım varsa, cavab verməyə hazıram. Mayor İsgəndərin dediklərini Məhərrəmova çatdıırb, geriyə, posta qayıtdım.
22 avqust 1993-cü il
Səhər tezdən Mehdiyev Kamrangilə gəldim. Rayon cavanlarından Rövşən Rüstəmov, Həsən Əliyev, "ağsaqqal” Cəlil Fətəliyev, Elman Paşaoğlu, Tahir, Mahir qardaşları, Habil bir yerə yığışdıq. Dedik ki, mübarizəni axıra qədər aparacağıq.
Habillə biz Çinar kəhrizinə tərəf getdik. Mədəniyyət evinin müdiri Fikrət Məmmədova, həkim Sabirə dedik ki, Mahmudludakı adamlara deyin ki, hər evdən bir kişi silah götürüb gəlsin. Söz verdilər. Şəhidlər Xiyabanına gəldik. Şəkillərə baxıram. Gəncəli Fərman, Bayram, Firdovsi, Füzulidən Əbdürrəhman, Mirələm, Faiq, Tofiq... Qardaşlar, yəqin qəbriniz od tutub yanır. Vətən, torpaq əldən gedir. Durun ayağa, qurban olum sizə. Axı, günahımız nə idi? Nəyə görə Cəbrayıl düşmən tapdağına çevrilməlidir? Hanı Sürətin ordusu? Bakını, ətraf rayonları bir neçə gündə zəbt edən Surət niyə susur?
Vaqif Əlisoy
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi