27-04-2014 [22:33]
- Azərbaycanın daxilində özünü milli, müxalif qüvvə adlandıranların bir çoxu, ölkənin maraqlarına uyğun olmayan addımlar atılanda bunun üzərindən sükutla keçirlər. Halbuki, iqtidarın öz missiyası, müxalifətin də öz missiyası var və bu, bütün dünyada qəbul olunub. Elə məsələlər var ki, iqtidar dövləti təmsil etdiyinə görə o barədə açıq danışa bilmir, müxalifəti isə istədiyini deyə bilər. Amma bizimkilərin müxalifətçilik səviyyəsi o həddə deyil ki, bunu anlasınlar. Biz, uzun illərdir 24 aprellə bağlı tədbirlər keçiririk. Ermənilər iddia edirlər ki, guya onlara qarşı soyqırım həyata keçirilib. Amma hamı bilir ki, o dövrdə hansı hadisələr baş verib.
Bilirsiniz ki, erməni başkəsənləri tərəfindən yüzminlərlə türk qətlə yetirilib. Soruşmaq lazımdır ki, köçürülmə qərarı niyə verildi? Ona görə ki, türklərin silahlandırdığı ikiyüz minlik erməni qiyam qaldırıb, türk kəndələrini soyqırıma məruz qoymuşdular. Erməni başkəsənlərinin Azərbaycanda törətdikləri cinayətlər də faktlarla sübuta yetirilib.
- Belə baxanda, Ərdoğan bu yanaşma ilə 15 ildir hakimiyyətdə qala bilib. Sizcə, bundan sonra da davam edə biləcəkmi?
- Amma bizdə də müəyyən qüvvələr sanki gözləyirdilər ki, ilk dəfə Ərdoğan məsələnin üzərinə getsin...
Müharibə, öz dövlətinə qarşı çıxmaq, separatizmə yol vermək çox pis şeydir. Öz ata-babalarının insanlığa qarşı ağır cinayətdə ittiham olunmasına imkan vermək mənəvi cəhətdən şikəstlikdir. Kimsə düşünürsə ki, bu yolla Qərbi sakitləşdirə biləcək, çox ciddi səhvə yol verir. Ermənilər bunun ardınca onları məcbur edəcək ki, "soyqırım" ifadəsini işlətsinlər. Çalışacaqlar ki, bu sözü Amerikadan öncə Türkiyəyə dedirtsinlər. Onun ardınca təzminat və üzr istəmək məsələsi meydana çıxacaq.
Sonra kürd terrorçularından üzr istənilməsi, onlara kompensasiya verilməsi, arxasınca ərazi iddiaları məsələsi gündəmə gələ bilər. Hesab edirəm ki, Ərdoğan iqtidarda olduğu müddətdə Türkiyə böyük problemlərlə üz-üzə qalacaq. Çünki bu dəqiqə iqtidar partiyasının əsas siyasəti ölkənin inkişafına yox, hakimiyyətin qorunub saxlanmasına yönəlib. Ərdoğan yürütdüyü siyasətlə hamını özünə düşmən edib. Bir Azərbaycanla münasibətləri yaxşıdır, onun da səbəbini qeyd elədim. Ancaq Ərdoğan ermənilərə üzrxahlıq eləməklə milyonlarla sadə azərbaycanlının qəlbini qırdı.
- Qüdrət bəy, Siz bir neçə il öncə Rusiya ilə bağlı ortaya fərqli mövqe qoysanız da, bu, birmənalı qarşılanmırdı. Artıq Rusiyanın hansı mövqe tutduğu bəllidir. Sizcə, Azərbaycan indi hansı mövqe tutmalıdır ki, həm müstəqilliyini qoruya, həm də Qarabağı azad edə bilsin?
Rusiya regional gücdür və nüvə silahına malikdir. Onu da bilirəm ki, biz, Qarabağ probleminin həlli üçün Rusiya ilə dil tapa bilərik, amma Amerika və Avropa Birliyi ilə yox. Çünki onlar indiyə qədər birmənalı şəkildə Ermənistanı dəstəkləyib, bundan sonra da dəstəkləyəcəklər. Əlbəttə, Rusiya Ermənistanı daha ciddi dəstəkləyib, amma Rusiya ilə dil tapmaq mümkündür.
Gürcüstandakı 2008 hadisləri, Krımdakı proseslər gözümüzün qarşısında baş verdi. Ona görə də Qarabağ naminə Gömrük İttifaqına da, Avrasiya İttifaqına da daxil ola bilərik. Hətta neft-qaz siyasətimizi də Rusiya ilə razılaşdırıb həyata keçirmək mümkündür.
Vaxtiylə mən səsləndirmişəm ki, türk dövlətlər birliyi, türk-slavyan respublikaları ittifaqı yaratmaq olar. Bu məsələlər də müzakirə olunmalıdır.
- Hazırda Rusiyanın yürütdüyü siyasəti nəzərdən keçirəndə Azərbaycan üçün təhlükə görürsünüzmü?
Obamanın zəif siyasətçi olması, Avropanın da güclü lider önə çıxara bilməməsi bu mərhələdə Rusiyanın daha da irəli getməsinə səbəb olub. "KQB" məktəbi keçmiş Putin də bunu yaxşı gördüyündən, daha rahat hərəkət edir. Ona görə də Qarabağ problemini Rusiyanın əli ilə həll etməyə çalışmalıyıq. Türkiyəyə güvənməyə dəyməz. Çünki birinci Qarabağ savaşında Türkiyənin bizə nə qədər dəstək verdiyini, hara qədər gedə bildiyini görmüşük.
Mən həmişə ürək ağrısı ilə xatırlayıram. Rəhmətlik Əbülfəz bəy deyirdi ki, Süleyman Dəmirəldən iki dənə mülki helikopter istəyəndə, deyib ki, bu addım Türkiyənin münaqişəyə qoşulması kimi dəyərləndiri-lə bilər.
Sözsüz ki, o vaxt Amerika da buna imkan vermirdi. O zaman Amerika müharibənin gedişində Ermənistana yox, bizə sanksiya tətbiq elədi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, mövcud reallıqlar çərçivəsində Rusiya ilə üz-üzə gəlməkdən maksimum yayınmaq lazımdır. Rusiyanın istədiyi odur ki, Azərbaycan alternativ enerji dəhlizi olmasın. Biz də buna gedə bilərik. Buna görə də Avropanın bizdən inciməyə haqqı yoxdur. Çünki Avropa indiyə qədər bütün gücü ilə Ermənistana dəstək verib. Bu səbəbdən də Rusiya ilə anlaşmağa çalışmalıyıq.
- Ukrayna hadisələrinin birinci mərhələsində bildirilirdi ki, bu, Azərbaycan müxalifətinin mövqelərini gücləndirəcək. Amma Rusiyanın müdaxiləsindən sonra hakimiyyətin gücləndiyi vurğulandı. Siz necə düşünürsünüz, bu hadisələr həqiqətənmi Azərbaycan iqtidarının güclənməsinə xidmət edir?
Ukrayna hadisələri göstərdi ki, Azərbaycan iqtidarı çalışmalıdır ki, daxildəki nifrət və düşmənçilik yumşalsın, münasibətlər sivil məcraya düşsün. Ona görə də mən təklif eləmişdim ki, həbsdə olan müxalifətçilər əfv edilsin. Qarşıdan Heydər Əliyevin doğum günü gəlir, bunu əsas tutaraq, əfv fərmanı imzalamaq olar.
- Məsələ ondadır ki, bu gün iqtidar-müxalifət münasibətləri yumşalacaq səviyyədə deyil...
- Ola bilər ki, radikal müxalifətlə münasibətləri qısa müddətdə normal məcraya gətirmək mümkünsüzdür. Amma iqtidar konstruktiv müxalifətlə əməkdaşlıq etməli, çoxpartiyalı sistemin güclənməsinə şərait yaratmalıdır. Bu gün narazı kütlə dövlətə, millətə bağlı siyasi qüvvələrin ətrafında toplaşmayıbsa, bu narazı qüvvə yönləndirilmirsə, onlar bir anın içində xaricdən gələn gücün ətrafında birləşə bilərlər. Dövlətin suverenliyinə qarşı ən böyük təhlükə də budur.
- Çox istərdim ki, müzakirələr davam eləsin, bizim təklifləri dinləsinlər. Bizim məhkəmə və digər sahələrlə bağlı islahatların aparılması yönündə də təkliflərimiz var. Çoxpartiyalı sistem gücləndirilməli, partiyalara ayrılan maliyyə vəsaiti artırılmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi