Bakıda yaşayan erməninin müraciətinə baxılacaq - ÖZƏL

img

27-04-2014 [22:17]



Bakıda yaşayan erməni əsilli vətəndaşın Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ilə bağlı məhkəməyə müraciətinə aprelin 29-da Bakı Apellyasiya Məhkəməsində aydınlıq gətiriləcək. 

Mia.az xəbər verir ki, erməni əsilli Varaqyan İrana Telmanovna Azərbaycanın şəxsiyyət vəsiqəsini almaq məqsədlə Nəsimi rayon Polis İdarəsinin müvafiq şöbəsinə müraciət etsə , ona rədd cavabı verilib: «İrina Varaqyan Ağayeva soyadı ilə şəxsiyyət vəsiqəsi almaq istəsə , təqdim etdiyi sənədlər qanunvericiliyə uyğun olaraq tam olmayıb. Bu səbəbdən Nəsimi rayon Polis İdarəsi tərəfindən onun müraciəti təmin olunmayıb. Erməni əsilli qadın polisin bu qərarından məhkəməyə üz tutub. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə onun iddiasını təmin etməyib». 

Mia.az-ın məlumatına görə, Varaqyan (Ağayeva) İrana Telmanovna birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib: «Artıq onun «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi tələb»indən bəhs edən şikayəti həmin məhkəmədə icraata qəbul olunub. Hakim Kəmalə Abiyevanın sədrliyi ilə erməninin şikayətinə aprelin 29-da baxılacaq».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA