Daha bir generalın həbsinə hazırlıq başladı

img

27-04-2014 [15:31]


Keçmiş korpus komandirinin istintaqa cəlb ediləcəyi gözlənilir.

"Axar.az” xəbər verir ki, bu barədə "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi məsələlər üzrə ekspert Cəsur Sümərinli məlumat yayıb.

Onun sözlərinə görə, keçmiş korpus komandiri Mahmud Həmzəyevin istintaqa cəlb ediləcəyi gözlənilir:

"Səfər Əbiyev zamanında korpus komandiri vəzifəsini tutmuş şəxsin də qarşıdakı iki həftə ərzində istintaqa çağırılacağı barədə məlumat var. Söhbət Mahmud Həmzəyevdən gedir. Həmzəyev Beyləqandakı hərbi birləşməyə başçılıq etmişdi. Araşdırma qrupu bu generalın Silahlı Qüvvələrdə mövcud olan geniş miqyaslı yeyinti və mənimsəmələrdə rolunu aydınlaşdırmaq istəyir”.

Xatırladaq ki, bundan öncə ekspertin Müdafiə Nazirliyində ediləcək dəyişikliklərlə bağlı verdiyi bir çox proqnozlar öz təsdiqini tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA