Təhsildə yenilik: Orta məktəblər ali məktəblərlə birləşdiriləcək - VİDEO

img

27-04-2014 [15:30]


İldən- ilə ölkəmizdə istər ali, istərsə də orta təhsil sisteminin inkişafı üçün müəyyən addımlar atılır.

Təhsil strategiyasında orta ümumtəhsil peşə və orta ixtisas məktəblərinin inkişafı üçün bəzi bəndlər nəzərdə tutulub. Belə ki, orta məktəblərin ali məktəblərlə birləşdirilməsi gözlənilir. Təhsil nazirinin müavini Ceyhun Bayramov həmin məsələlərə aydınlıq gətirib.

Xezerxeber.com-un məlumatına görə, orta ümumtəhsil və peşə məktəblərinin müxtəlif universitetlərə təhkim edilməsi gözlənilir.

Təhsil Nazirinin müavini Ceyhun Bayramov orta məktəblərin ali məktəblərə birləşdirilməsi təhsilin müxtəlif səviyyələri arasında fasiləsizlik prinsipini təmin etməyə imkan verəcək.

Bu prosesin nə zaman reallaşacağı ilə bağlı müəyyən proqnozlar var. Bunun üçün ilkin növbədə 12 illik təhsil sisteminin tətbiqi reallaşmalıdır..

Nazir müavini Bakıda təşkil olunan Britaniyada təhsil sərgisində də iştirak edib. Sərgidə 20-dən çox kolleclər müxtəlif kurslar eləcə də yay məktəbləri öz imkanlarını təqdim ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA