Əli Əsədovla Türkiyənin Vitse-prezidenti Şuşaya gediblər - FOTOLAR

img

05-11-2022 [16:46]


Azərbaycanın Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Ə.Əsədov və F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.

Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktayın Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR