"Brilliantlarla bəzədilmiş tardan tutmuş, teatrın xəncərinə kimi xaricə satdılar..." - Xalq artistindəm nazirlərə sərt ittihamlar
05-11-2022 [11:27]
"Mən ömrüm boyu Mədəniyyət nazirləri ilə vuruşmuşam. Onlar Azərbaycanı darmadağın etdilər. Polad Bülbüloğlu nazir olan vaxt Azərbaycana şedevr olan 276 əsəri rəsm qalereyasından apardı, Amerikada satdı. Muzeylərdən nələr aparmadılar? Darmadağın etdilər muzeyləri. Əhsən Dadaşovun brilliantlarla bəzədilmiş tarını da aparıb satdılar. Əbülfəs Qarayev gəldi, milyardları yığdı altına. Avropanın hər yerində, xüsusilə də Londonda otellər tikdirdi. Azərbaycanın bir neçə yerində də tikililəri var. Bunlar millət, xalq, dövlət üçün işləmədilər ki. Bunlar yaddan çıxardılar ki, Azərbaycan tarixində misilsiz tarixi olan 150 ildən tarixi olan teatrı var. İndi nə kino var, nə də teatrlar! Bu qədər vuruşmaq olar?”
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur deyib. O daha sonra əlavə edib.
“Hər sahədə yeyinti var. Siz təsəvvür edin ki, Akademik Milli Dram Teatrının rekvizitləri var idi. Onların hamısını aparıb Türkiyədə satdılar. Akademik Milli Dram Teatrında bir dənə xəncər olmadı ki, mən belimə bağlayıb, səhnəyə çıxım. Hanı o xəncərlər, hanı o yapımcılar?! Hamısını darmadağın etdilər! Bunların gözü doyandır?! Sumqayıt Dövlət Dram Teatrında direktor yoxdur, sən mədəniyyət naziri, bir direktor tapa bilmirsən ora qoyasan, aktyorlar maaşlarını alsın?! Başları qarışıb eyş-işrətə, yeyib-içməyə, dövləti, büdcəni soymağa. Hansı nazir bir dənə rejissor yetişdirdi?! 30 ildə bir dənə rejissor oxutmadılar Moskvada, Leninqradda. Bunları nə kino, nə teatr, nə də ki, Azərbaycan mədəniyyəti düşündürür”, - deyə o, bildirib.
“Bəşər tarixində görünməyib ki, mədəniyyət aləmində belə quldurluq olsun! Biz aktyorları yaddan çıxarıblar, sovet illərində aktyorlar diqqət mərkəzində idi. Müslüm Maqomayevin yubileyi keçirilir, AZDRAMA-dan bir aktyor ora dəvət olunmur. Biz unudulmuşuq, yaddan çıxmışıq. Biz dövlətin büdcəsi üçün işləyirik, tamaşalar göstəririk. Bu gün iki tədbirdə olmuşam, axşam da tamaşa oynayıram. Bu mən, o da Mədəniyyət nazirliyi. Hər şeyi cənab prezidentdən, Ali Baş Komandandan gizlədirlər. 2 ildə 2 dəfə DTX Mədəniyyət Nazirliyinə gəldi. Belə əxlaqsızlıq, tərbiyə, mədəniyət rəhbəri olar? Hansı birindən danışım?! Ora millətini, dövlətini, kinonu, teatrı, vətənini sevən kadrlar lazımdır”, - deyə sənətkar bildirib.
“Mədəniyyət naziri kim ola bilər sizcə?” sualına isə sənətkar belə cavab verib: “Mədəniyyət Naziri hörmətli deputatımız Qənirə Paşayeva ola bilər”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi