Nəsimi rayonunda Zəfər günü münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

img

04-11-2022 [18:14]


Nəsimi rayonunda 8 noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayondan seçilmiş millət vəkillərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən müharibəsi qazilərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə  rayon ərazisində yerləşən “Zəfər bağı”nda ağacəkmə aksiyası keçirilib.

Mia.az xəbər verir ki, aksiyada şəhidlərin xatirəsinə ağaclar əkilmiş, mövcud ağaclar və yaşıllıqlara qulluq göstərilmişdir.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR