Azərbaycanla Türkiyə arasında yeni anlaşmalar imzalandı
04-11-2022 [17:40]
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Fuat Oktayın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
İclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığını bildirdi, dövlət başçılarımızın şəxsi dostluq və qardaşlığını, onların yüksək qarşılıqlı etibara, inama və hörmətə əsaslanan şəxsi münasibətlərini bunu şərtləndirən ən əsas amil kimi dəyərləndirdi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş türk xalqına dərin təşəkkür ifadə olundu.
Qeyd edildi ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək, onları müttəfiqlik səviyyəsinə qaldırdı, iki ölkə arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.
Vurğulandı ki, son illər ərzində Azərbaycan-Türkiyə əlaqələri prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri nəticəsində ikitərəfli formatdan çıxaraq, artıq regional faktora çevrilib.
İki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurlu əməkdaşlığı təqdir edildi.
2022-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarətin 34 % artaraq 4,35 milyard ABŞ dollarına çatdığı bildirildi, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı. Bu baxımdan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası və Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulandı.
Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olundu.
Azərbaycan və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları xüsusi vurğulandı.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 60,2 % artdığı, o cümlədən tranzit yüklərin həcminin 96,3 % çox olduğu bildirildi.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı.
Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişlənəcəyinə əminlik ifadə olundu.
Birgə sənaye-investisiya layihələrinin əhəmiyyəti qeyd edilərək müxtəlif sahələrdə müştərək istehsal müəssisələrinin yaradılması üçün perspektivlərin mövcud olduğu diqqətə çatdırıldı.
Eyni zamanda yeni yaranmış reallıqlar fonunda nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar vəd etdiyi qeyd edildi, Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlığı daha da gücləndirəcəyinə, bölgə ölkələrinin iqtisadi tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Azərbaycan-Türkiyə birliyinin bu gün bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də özünü göstərdiyi diqqətə çatdırıldı. Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı tikinti işləri, mühüm infrastruktur layihələri türk şirkətlərinin iştirakı ilə həyata keçirilir.
Oktyabrın 20-də dövlət başçılarının birlikdə Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılış mərasimində iştirak etməsi, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyması iki ölkə arasında qardaşlığın növbəti bariz ifadəsi kimi dəyərləndirildi.
Türkiyənin Vitse-prezidenti F.Oktay Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladı. Dövlət başçıları arasında mütəmadi görüşlərin bu əlaqələrin genişləndirilməsi işinə xüsusi töhfə verdiyi qeyd olundu.
Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən F.Oktay iki ölkənin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, nəqliyyat və enerji sahələrindəki təşəbbüslərinin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi.
İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticari, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə daha da genişləndirilməsi perspektivləri geniş müzakirə olundu, gündəlikdə duran məsələlərə dair məruzələr dinlənildi.
Sonda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət planlarını imzalayıblar.
Hər iki ölkənin aidiyyəti qurumlarının rəhbərləri “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikası Halal Akkreditasiya Agentliyi arasında Əməkdaşlıq Protokolu”nu, “Azərbaycan Respublikası Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyi və Türkiyə Respublikası Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı arasında Mikro, Kiçik və Orta Müəssisələrin Maliyyə resurslarına çıxışının genişləndirilməsinə dair Niyyət Protokolu”nu və “Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Türkiyə İxracatçılar Məclisi arasında ikitərəfli əməkdaşlıq Anlaşması”nı imzalayıblar.
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb