Həbs xəbəri yayılan nazir müavini danışdı: "İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm"

img

04-11-2022 [11:43]


DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyevlə Gununsesi.info-ya qısa açıqlama verib.

Mia.az-ın məlumatına görə, baş verənlərlə bağlı Elnur Əliyev deyib ki, hazırda evindədir:  “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, dünən nazir müavini vəzifəsindən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR