Keçmiş nazir vəfat edib - Cənazəsi Türkiyədən Bakıya gətirildi (Yenilənib)

img

04-11-2022 [18:23]


Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Mia.az xəbər verir ki bu barədə Report-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd olunub ki, sabiq nazir ürək çatışmazlığından vəfat edib.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

***

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Bu barədə onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR