YAP-da Zəfər Günü ilə bağlı konfrans keçirilib
03-11-2022 [12:10]
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfrans keçirilib.
Mia.az xəbər verir ki, toplantıda YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, kənd təsərrüfatı naziri İnam Kərimov, energetika naziri Pərviz Şahbazov, Baş nazirin müavini Əli Əhmədov və digər şəxslər iştirak ediblər.
Tədbiri YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açaraq deyib ki, Prezident İlham Əliyevin Zəfərə hədəflənən siyasət nəticəsində Azərbaycan möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib, ikili standartlar yanaşmasını iflasa uğradıb və yeni geosiyasi reallıqlar yaradıb. Onun sözlərinə görə, Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, postkonflikt quruculuq modeli yaradır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Mərkəz Ermənistanın ərazi yüksəklik modelini qurub və təqdim ediləcək: “Biz Zəngəzur dəhlizi üçün 45 km yol təklif edirik. Ermənistan nə təklif edir? Təklif etdikləri həmin yollar Göyçə gölünün ətrafından keçməlidir. 45 km əvəzinə 500 km-ə qədər yol yük daşınması üçün nə dərəcədə səmərəli ola bilər? Avropa və Çin bu yollarla yük daşınmasında nə dərəcədə maraqlı olar? Həm də Ermənistanın ərazi yüksəklik modelini hazırlamışıq, İrəvanın təklif etdiyi və dağlardan keçən həmin yollar faktiki qış aylarında keçilməz olacaq”.
Kənd təsərrüfatı naziri İnam Kərimov azad olunmuş ərazilərdə kənd təsərrüfatının potensialından danışıb: “İşğaldan əvvəl Azərbaycanda taxıl istehsalının 14 faizi, tütünün 8 faizi, ət və südün 15 faizi bu ərazilərdə istehsal olunub".
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, il sonunda Şuşada “DOST” mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir: “Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək”.
Energetika naziri Pərviz Şahbazov nəzərə çatdırıb ki, hazırda Cəbrafılda BP şirkəti ilə birgə 240 KVT gücündə Şəfəq Günəş Elektrik Stansiyasının qurulması ilə bağlı iş aparılır: “Azad edilmişə ərazilərdə xarici sərmayələrlə işlərin aparılması artıq bir reallıqdır. Azad edilmiş ərazilərdə 50-dən artıq kiçik su elektrik stansiyalarının, Kəlbəcər və Laçında külək elektrik stansiyalarının qurulması nəzərdə tutulur. Zəngəzur dəhlizi Avropaya elektrik enerjisinin nəqlində də mühüm rol oynayacaq”.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Zəfərdən sonra yeni media siyasətindən danışıb: “Prezident qlobal və regional proseslərdən baş çıxaran Azərbaycan vətəndaşı görmək istəyir”.
Baş nazirin müavini Əli Əhmədov Qarabağda vətəndaşlar üçün ən layiqli həyat şəraitinin qurulacağını vurğulayıb.
Tədbir çıxışlarla davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi