Laçının Təhsil Şöbəsi xəbər yaydı: «Yalandır”

img

26-04-2014 [12:00]



«Dünən bir neçə xəbər portalında Laçın rayon məktəblərinin birində guya baş verən xoşagəlməz hadislərlə bağlı d'rc edilən şikayətlər tamamilə əsassız və cəfəngiyyatdan başqa bir şey deyildir. Çox təəssüf ki, bu böhtan dolu xəbəri bir neçə sayt, o cümlədən Moderator.az dəqiqləşdirmədən dərc ediblər». 

Bu sözlər Laçın Raoyn Təhsil Şöbəsinin Mia.az-a da göndərdiyi press-relizdə qeyd olunub.

Məlumatda deyillir: «25 aprel 2014-cü il tarixində Moderator.az və həmin sayta istinad edilərək bir neçə xəbər portalında  "Şikayətçilər məktəb direktorunu zirehli korrupsioner adlandırdılar başlıqlı yazıda adı keçən Laçın rayon Ağgöl ümumi orta məktəbinin keçmiş direktoru İbrahimov Hidayət Əhəd oğlu 21.04.2014-cü il tarixdə Təhsil Nazirinin müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilib. Təkcə bu fakt göstərir ki, həmin  yazı bir qrup insanın şəxsi maraqları çərçivəsində dövriyyəyə buraxılmış şər-böhtan kampaniyasındır. 

Bundan əlavə bildirək ki, həmin yazıda adları çəkilən Ağayarov Vüqar Ziyadxan oğlu Ağayarova Sənəm Kamil qızının həyat yoldaşıdır. Ağayarova Sənəm Kamil qızı Həsənova Sənəm Kamil qızı soyadı ilə 15.09.2007-ci il tarixdə müvafiq əmrlə Laçın rayon Ağgöl ümumi orta məktəbinə psixoloq vəzifəsinə təyin olunmuşdur. Ancaq 13.03.2012-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində Həsənova Sənəm Kamil qızının diplomunun saxta olduğu müəyyən olunmuş və 28.03.2012-ci il tarixdə Təhsil Nazirliyinin Laçın rayon Təhsil Şöbəsinə göndərdiyi məktub əsasında Laçın rayon Ağ göl ümumi orta məktəbində psixoloq vəzifəsindən azad edilmişdir. 

2013-cü ilin fevral ayından Ağayarova Sənəm Kamil qızı həmin məktəbə xadimə işinə təyin olunmuşdur. 01.02.2014-cü il tarixdən isə Ağayarova Sənəm Kamil qızı işə gəlmədiyi üçün keçmiş məktəb direktoru tərəfindən işdən azad olunmuşdur. Ancaq buna baxmayaraq, Ağayarova Sənəm Kamil qızının diplomunun ləğv olunmasından sonra Ağayarov Vüqar Ziyadxan oğlu Sənəmin diplomunun ləğv olunmasının səbəbkarı kimi keçmiş məktəb direktorunu günahlandırmışdır. Beləliklə , onların arasında mübahisələr yaranmışdır.

Məlumat üçün bildiririk ki, müraciəti imza etmiş insanların bir çoxu ilə əlaqə saxlanılmış, məlum olmuşdur ki, Ağayarov Vüqar Ziyadxan oğlu həmin insanlara onu yaşadığı Ağgöl ərazindən qanunsuz olaraq köçürüldüyünü bildirmiş, onun köçrülməməsi üçün həmin adamların müraciəti imzalamalarını bildirərək aldatmışdır». 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA