“Azəriqaz”da yoxlama: iki müavin işdən çıxarıldı

img

26-04-2014 [11:39]


 Hesablama Palatası "Azəriqaz” İstehsalat Birliyində ciddi yoxlamalara başlayıb və ilkin nəticələrə görə "Azəriqaz” sədrinin iki müavini artıq işdən çıxarılıb.  

Mia.az a istinadən xəbər verir ki, 2009-cu ildə ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında Prezident fərmanından və "Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti və onun tabeliyində olan təşkilatların bazasında Dövlət Neft Şirkətinin tərkibində "Azəriqaz” İstehsalat Birliyi yaradılandan bəri, bu, ən ciddi yoxlamadır:

"Yoxlamaların əsas səbəbi qaz itkilərinin son aylar həddindən çox artmasıdır. İtkilərin artması Birlikdə yoxlama aparan mütəxəsisləri şübhələndirib və hazırda "Azəriqaz”da ciddi narahatlıq yaşanır”.

Bildirilir ki, yoxlamanın ilkin nəticəsi olaraq sədrin iki müavin – Ziyad Cəlilov və Aydınbəy Amanov vəzifələrindən azad ediliblər: "Ancaq bu, son deyil. Bundan sonra isə Birliyin baş direktoru Əkbər Hacıyevin vəzifədə qalıb-qalmayacağı müzakirə mövzusuna çevrilib”.

Mənbənin sözlərinə görə, itkilərin aradan qaldırılması və işdə səhlənkarlığa yol verən kadrların əvəzlənməsi prosesi davam edəcək: "Hər şey Hesablama Palatasının yekun rəyindən asılıdır. Hazırda fakt yalnız ondan ibarətdir ki, ötən il qaz itkisi bu vaxta qədər olmayan səviyyədə yüksəlib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA