Nazarbayevin qardaşı oğlunun ölkədən çıxardığı zinyət əşyaları geri qaytarılıb

img

02-11-2022 [12:02]


Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsinin keçmiş yüksək vəzifəli məmuru Kayrat Satıbaldının ölkədən çıxardığı 230 milyon dollardan artıq dəyərində zinyət əşyaları Qazaxıstana qaytarılıb.

“Zakon” xəbər verir ki, həmin zinyət əşyaları yaxın zamanlarda dövlətin balansına keçiriləcək.

Bundan başqa K.Satıbaldının xarici ölkələrin banklarına 300 milyon dollarlıq qiymətli kağızlar yerləşdirdiyi müəyyən olunub.

Qeyd edək ki, bu il martın 13-də K.Satıbaldının həbs olunması barədə məlumat yayılmışdı. Bu il sentyabrın 26-da o, 6 il müddətinə azadlıqdan məhrum edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub