Ərdoğan Putinlə telefonda danışdı - Zelenski ilə də müzakirə aparılacaq (Yenilənib)

img

01-11-2022 [18:03]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər taxıl müqaviləsinin uzadılması ilə bağlı müzakirə aparıblar.

Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl Ukrayna taxılı ilə bağlı dəniz dəhlizini bağlayıb.

***

Türkiyə prezidenti Ərdoğan Rusiya prezidenti Putin və Ukrayna lideri Zelenski ilə telefonda danışacaq.

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu açıqlama verib.

O bildirib ki, bu günlərdə baş tutacaq telefon danışığında Ukrayna taxılının ixracı ilə bağlı Rusiya tərəfindən yaradılan problem müzakirə olunacaq: "Biz bu problemi həll edəcəyimizə inanırıq".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR