Tarixi teatr binası talan edilib, oturacaq və çilçıraqlar yoxa çıxıb - FOTOLAR
01-11-2022 [15:24]
Kürdəmir rayonunda Nizami Gəncəvinin adını daşıyan kinoteatrın binası qəzalı vəziyyətə düşüb. Bir vaxtlar rayon sakinlərinin asudə vaxtlarını səmərəli keçirdiyi yeganə məkan olmuş bu bina hazırda dağılmış və bərbad vəziyyətdədir. İllər əvvəl şəhər sakinlərinin sevdiyi film və tamaşaların nümayiş olunduğu, onların bilet üçün uzun-uzadı növbələrə durduğu bu bina hazırda tərk edilmiş və talan edilmiş bir xarabalığı xatırladır. Klassik memarlıq üslubunda birtipli layihə əsasında inşa edilmiş və 250 tamaşaçı yeri olan bu kino müəssisəsi vaxtilə şəhərin görünüşünə də xüsusi gözəllik bəxş edib.
Report-un Yuxarı Şirvan bürosunun məlumatına görə, indi baxımsız qalan kinoteatr nə az, nə çox - düz 32 il tamaşaçılara xidmət edib. Amma 1992-ci ildə müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.
Teatrda çəkiliş aparan zaman məlum olub ki, binanın qapı-pəncərələri sökülüb, teatrın zalındakı oturacaqlar və tamaşaların işıqlandırılması üçün istifadə olunan böyük çilçıraqlar isə artıq yoxdur. Sakinlər deyir ki, teatrın illər öncə fəaliyyətini dayandırmasından sui-istifadə edən işbazlar buraya aid olan əşyaları və invertarları oğurlayaraq mədəniyyət ocağını talan ediblər.
Vaxtilə kinoteatrın daimi tamaşaçılarından olan yaşlı nəslin nümayəndələri bildiriblər ki, teatrın bərpası, əvvəlki görkəmə qaytarılması və istifadəyə verilməsi olduqca vacibdir. Onların sözlərinə görə, teatr gənc nəslin yetişməsində, mədəniyyətimizin inkişafında mühüm rol oynayıb.

Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev "Report"un yerli bürosuna bildirib ki, Nizami kinoteatrının binası istismar müddətindən artıq işlənib və onun yenidən qurulmasına ehtiyac var. Onun sözlərinə görə, Nizami kinoteatrı təmsil etdiyi qurumun balansındadır: "Bu gün binadan istifadə etmək mümkün deyil. Teatr sovet dövründə əhaliyə kino xidməti göstərməsi üçün tikilmiş yeganə kino müəssisəsidir və uzun illər istismar olunub. 1991-1992-ci illərdə AXC-Müsavat hakimiyyəti dövründə həmin binada görülmüş işlər dayandırılıb və bina əslində tarimar olunaraq sıradan çıxarılıb. Sonralar binanın bərpası istiqamətində heç bir addım atılmayıb. Amma bu gün binanın əsaslı təmirinə və yenidən qurulmasına ehtiyac var".

İdarə rəisi vurğulayıb ki, bu yaxınlarda binanın yenidən qurulması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunub və məsələyə müsbət cavab verilib: "Nazirlikdən dəvət olunmuş rəsmi şəxslər tərəfindən binaya baxış keçirilib. Çox güman yaxın vaxtlarda binanın əsaslı şəkildə yenidən qurulması məsələsi gündəmə gətiriləcək və müəssisə öz təyinatı üzrə istifadə üçün əhalinin istifadəsinə veriləcək".
Qeyd edək ki, Kürdəmir rayonunda Nizami Gəncəvi adına kinoteatr 1960-cı ildə istifadəyə verilib. O vaxtdan bu kino müəssisəsi rayon sakinlərinin, kiçikdən böyüyə hamının ən sevimli məkanına çevrilib. Kinoteatr fəaliyyətə başlayan vaxtdan hər gün burada dörd seans olmaqla yerli və xarici filmlər nümayiş olunub, eləcə də müxtəlif tamaşalar göstərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi