Qüdrət Həsənquliyevdən Soçi görüşü barədə müsahibə: "Bu, Azərbaycanın növbəti ciddi uğurudur və..." - "Təəssüf ki, hal-hazırda Rusiyasız bölgədə sülhə nail olmaq..."
01-11-2022 [11:04]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az–a müsahibə verib.
Mia.az həmin müsahibəni oxuculara təqdim edirik:
- Qüdrət bəy, Soçidə üçtərəfli görüşdə qəbul olunmuş Bəyanata münasibətinizi bilmək istərdik?
-Bu, Azərbaycanın növbəti ciddi uğurudur və buna görə vətəndaşlarımızı təbrik etməyə dəyər. Bəyanatda vurğulanır ki, tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini və dövlət sərhədlərinin toxunulmazlığını tanıyırlar. Praqada əldə olunmuş razılaşma Rusiyanın iştirakı ilə bir daha təsdiq olundu. Rusiya Federasiyasının Prezidenti Putinin Valday klubundakı çıxışından sonra belə bir sənədin altına imza atması Bəyannamənin dəyərini xüsusilə artırır. Çünki bölgəyə sülhün gəlməsi Rusiyanın xoş niyyətindən çox asılıdır.
-Putinin belə bir Bəyannaməni imzalaması sizin üçün sürpiriz olmadı ki?
-Müəyyən mənada oldu. Görünür Putinə çatdırmışdılar ki, onun Valday klubundakı çıxışı Azərbaycanda necə böyük hiddətlə qarşılanıb və həmin mövqenin üzərində dayanmaq Azərbaycanın itirilməsi ilə nəticələnə bilər. Amma onu da deyim ki, üçtərəfli görüşdən öncə mətbuatın qarşısında Rusiya Prezidenti ilə görüş zamanı İlham Əliyevin söyləməsi ki, Qarabağ münaqişəsi 2 il öncə bitib və bu məsələ müzakirə mövzusu deyil, bu artıq qürurverici və həlledici an idi. İlham Əliyevdən fərqli olaraq Putin və Paşinyan görüşə qədər ortaya Azərbaycanı qane etməyən açıq mövqe qoymuşdular. Əminəm ki, onlar İlham Əliyevin bu qədər qətiyyətli və uğurlu bir cavabının olacağını proqnozlaşdıra bilməmişdilər. Putin İlham Əliyevin bu mövqeyinə etiraz etmədi, çünki Vətən müharibəsindən sonra o, Şoyqu başda olmaqla öz nazirlərinə efir qarşısında göstəriş vermişdi ki, münaqişə artıq bitib və münaqişə sözünü bir də artıq heç kim dilinə gətirməsin.
-Siz tərəflərin sona qədər səmimi olacağına inanırsınızmı?
-Dövlətlərarası münasibətlərdə səmimiyyətdən çox qarşılıqlı maraqlar mühüm əhəmiyyət kəsb edir. Biz Rusiya ilə maraqlarımızı uzlaşdırmağı bacarmalı, onu inandırmalıyıq ki,onunla səmimi dost və müttəfiq olmaq istəyirik, onun regiondakı maraqlarını nəzərə alırıq və onu bölgədən çıxarmaq haqqında düşünmürük, amma suverenlik və ərazi bütövlüyü məsələsi bizim üşün keçilməsi mümkün olmayan qırmızı xəttdir. Rusiya buna qəsd etsə, nələrinsə xətrinə bizim marqları Ermənistana satmaq istəsə bu, münasibətlərimizin sonu olacaq. Təəssüf ki, hal-hazırda Rusiyasız, ikitərəfli əsasda bölgədə sülhə nail olmaq çətin, bəlkə də mümkünsüzdür. Rusiyanın başqalarından müqayisə olunmaycaq qədər çox sülhə töhfə vermək imkanı var. Ona görə ilk növbədə Rusiya ilə, beynəlxalq tərəfdaşlarımızla, müttəfiqlərimizlə, o cümlədən İran və Fransa başda olmaqla Ermənistanın tərəfdaşları ilə də yorulmadan işləməliyik. Çalışmalıyıq hər kəsi inandıraq ki, regionda beynəlxalq hüquqa söykənən sülh hamının maraqlarına cavab verir. Mətbuatdan öyrəndim ki, İsraildə səfirliyimizin açılması istiqamətində danışıqlar aparılır. Bu proses sürətləndirilməli, tezliklə Təl-Əvivdə səfirliyimiz, Şuşada Türkiyə konsulluğu açılmalıdır. Peşəkar ordu qurmalıyıq. Büdcə xərclərinin 25% -i müdafiəyə ayrılmalı, iqtisadiyyatın əsas sahələrini dövlətin nəzarətindən çıxarılmalıyıq. İqtisadi və məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. İqtisadiyyatımıza investisiya qoyuluşunu artırmaq üçün mülkiyyət toxunulmazlığını təmin edəcək səviyyədə qanunun aliliyini təmin etməliyik. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq üçün dövlətin nəzarət etdiyi iqtisadiyyatdan imtina edib bazar iqtisadiyyatına keçməliyik. Yalnız güclü müttəfiqləri, böyük hərbi və iqtisadi gücü, beynəlxalq nüfuzu, azad və təşəbbüskar vətəndaşı olan Azərbaycan dövləti torpaqlarımızı qoruya, xalqımızın təhlükəsizliyini təmin edə bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi