Qaradağda Pasxa bayramı qeyd edildi, ruslara yardım paylandı - FOTO

img

25-04-2014 [22:50]


Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti Müqəddəs Pasxa bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün ziyafət təşkil edib. 

Ziyafət Sahil qəsəbəsindəki "Xəzri” şadlıq sarayında keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər dəvət olunanlar iştirak ediblər.

İlk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Pasxa bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırmışdır. Tədbirdə Rus Provaslav kilsəsinin nümayəndələri tərəfindən xeyir dua edildi, dini ayinlər icra olunub.

Daha sonra tədbir bədii, əyləncəli proqramla davam edib.

Eyni zamanda rayonda yaşayan slavyanəsilli aztəminatlı ailələrə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA