Noyabrdakı bayramda məktəblilər neçə gün tətil edəcək? - Açıqlama

img

31-10-2022 [11:03]


Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin qərarı ilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Bəs, bu qərar məktəblərdəki dərs saatlarına necə təsir edəcək?

Mia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov açıqlama veirb.

O bildirib ki, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənəcək:

"1. Beşgünlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

2. Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir".


Digər xəbərlər
SON XƏBƏRLƏR