Nazir müavini “üçtərəfli görüş gözlənilir” dedi və İrəvana xəbərdarlıq etdi: "Sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq"
29-10-2022 [21:32]
“Yaxın zamanlarda üçtərəfli görüş gözlənilir”.
Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, Praqada əldə olunan razılaşmaların davamı olacaq:
“Əsas məsələ sülhə getməkdir. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri çərçivədə də işlər davam etdirilməlidir. Bu istiqamətdə siyasi iradə hər iki tərəfdə ardıcıl olmalıdır. Hesab edirik ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini başa düşür”.
Xarici işlər nazirinin müavini bildirib ki, Ermənistan həm öz öhdəlikləri, həm də beynəlxalq birlik qarşısında məsuliyyət daşıyır.
Xələf Xələfovun sözlərinə görə, Ermənistan müəyyən sənədlər imzaladığından götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
“Bu gün Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində sülhdən başqa alternativ yoxdur. Bu gün biz sülh müqaviləsinə nail olmalıyıq. Sülh müqaviləsi üçün vacib olan bütün addımları atmalıyıq. O addımlar konkret olmalıdır. O addımlar əldə olunmuş razılaşmalara uyğun olmalıdır”, – deyə nazir müavini bildirib.
Xələf Xələfovun sözlərinə görə, Ermənistan hər gün fərqli bəyanatlar verir.
“Artıq regionumuzda və region ətrafında vəziyyət o şəkildə inkişaf edir ki, artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq. Ermənistan öz mövqeyini ortaya qoymalıdır və sülhə aparan yolda lazım olan bütün addımları atmalıdır”,- deyə Xələf Xələfov əlavə edib.
“Ermənistan Baş nazirindən dalbadal açıqlamalar gəlir”-xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, Azərbaycanın mövqeyi bəllidir: “Biz sülh gündəliyinə sadiqik və sülhün bərqərar olmasını istəyirik. Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlıyıq. Kommunikasiyaların açılmasında israrlıyıq. Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq. Təbii ki, bütün bunlar çərçivəsində sülh yarana bilər”.
Xələf Xələfov inandığını bildirib ki, Azərbaycanın bundan sonrakı səyləri nəticəsində və beynəlxalq birliyin məsələyə daha ədalətli yanaşması ilə bölgədə sülh yaranacaq/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi