Polad Bülbüloğlu Moskvada üç səfirlə Ermənistanla danışıqlar və Ukraynadakı savaşla bağlı müzakirə aparıb: "Mövcud durum ciddi narahatlıq doğurur"
28-10-2022 [14:18]
Həftə ərzində Azərbaycanın Rusiyadakı Səfiri, Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Polşanın, İsveçin və İranın Rusiyadakı səfirləri ilə görüşüb.
Azərbaycanın Rusiyadakı Səfirliyindən Mia.az-a bildirib ki, Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqqında danışıb, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu bildirib.
Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəflərə ətraflı məlumat verib.
Polşanın Moskvadakı Səfiri Kşıştof Krayevski ilə keçirilmiş görüşdə o, 2005- 2010-cu illərdə öz ölkəsinin Səfiri kimi Azərbaycanda çalışdığı dövrü hər zaman xoş xatirələrlə yad etdiyini, Azərbaycanla Polşa arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edildiyini, Azərbaycanın onun həyatında xüsusi yeri olduğunu vurğulayıb.
İsveçin Səfiri xanım Anna Malena Mard ilə görüşdə isveçli diplomat 2013- 2017-ci illərdə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəsi kimi çalışdığını və həmin dövr ərzində ölkəmizin tarixi, xalqımızın ənənələri ilə yaxından tanış olduğunu, Aİ-nin Azərbaycandakı nümayəndəsi qismində təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verdiyini bildirib.
İranın Səfiri Kazem Cəlali ilə görüşdə İranla Azərbaycan arasında tarixi, mədəni əlaqələrdən danışılmış, bununla yanaşı iranlı diplomat dəfələrlə ölkəmizə parlament üzvü qismində səfərlər etdiyini bildirib, Bakıda gedən inkişafın ona olduqca müsbət təəssürat bağışladığını qeyd edib. Kazem Cəlali həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi zamanı ölkəsinin Azərbaycanın haqlı səsini dəstəklədiyini önə çəkib.
İranlı Səfir Azərbaycanın dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, onun görkəmli dövlət xadimi, Rusiyada keçirdiyi görüşlər zamanı Ulu Öndərimizin buradakı nüfuzunun şahidi olduğunu söyləyib.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin regionumuz üçün əhəmiyyəti qeyd edilmiş və onun ölkələr üçün faydalı olacağına əminlik ifadə olunub, iki ölkə arasında ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın xüsusi önəminə diqqət yetirilib.
Baş tutmuş bütün görüşlərdə Polad Bülbüloğlu Rusiya-Ukrayna arasında baş verənlərə toxunarkən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını və mövcud vəziyyətdə ölkəmizin məsələni dövlətlərin ərazi 3 bütövlüyü və suverenliyi əsasında diplomatik dialoq vasitəsi ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən həmin ölkəyə bir neçə dəfə humanitar yardımların göndərildiyini deyən Azərbaycan səfiri, mövcud durumun ciddi narahatlıq doğurduğunu söyləyib, mülki əhali arasında böyük itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirdiyimizi bildirib.
Həmçinin Azərbaycanla qeyd edilən ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf perspektivləri, habelə regionda baş verən proseslər və maraq doğuran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşlər əsnasında Polad Bülbüloğlu səfir həmkarlarına duayen qismində fəaliyyəti, Moskvada təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumat verib.
Görüşlərin sonunda səfirlərə Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi