Partiya sədrindən Putinin çıxışına sərt reaksiya: "O, böyük səhv etdi, Rusiya münaqişəyə son qoyulmasında maraqlı deyil" - MÜSAHİBƏ
28-10-2022 [13:01]
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya prezidenti Vladimir Putinin dünən "Valday klubu"nda Azərbaycana qarşı sərgilədiyi namərdliyi Moderator.az- şərh edib.
Mia.az həmin söhbəti təqdim edir:
- Qüdrət bəy, dünən Rusiya Prezidentinin "Valday klubu"nda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının Ermənistandan asılı olmasını bəyan etməsini necə qarşıladınız?
- Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirdim. İnanıram ki, tək mən yox, həm də Putinə inanan çoxlu sayda insan bundan təəssüfləndi.
Mən əvvəllər də söyləyirdim ki, regionda marağı olan Rusiya münaqişəyə son qoyulmasında, digər güclər isə Türkiyə istisna olmaqla, münaqişənin ədalətli həllində maraqlı deyillər.10 noyabr 2022-ci il sazişi də elə tərtib olunub ki, gələcəkdə bir çox məsələlər barədə razılığa gəlmək mümkün olmasın. Məsələn, yazıla bilərdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olacaq, amma yox, fərqli ifadələr işlətməklə Ermənistana manipulyasiyalar üçün yer qoyulub. Yaxud, üçtərəfli Bəyannamənin birinci bəndində yazılmalı idi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır.
Vətən müharibəsi dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, biz Ermənistanla Azərbaycanın ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıyıq. Amma bəzən güc faktorundan doğan acı reallıqlarla barışmalı oluruq. Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi. Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından çox asanlıqla qaça bilir. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir. O cümlədən, Azərbaycanla 22 fevral 2022-ci ildə Moskvada imzalanmış müttəfiqlik münasibətlərinə dair Bəyannamə də.
- Sizcə Putin niyə belə etdi?
- Rusiya sorosçu, qərbyönümlü Paşinyanı devirmək istəyir. Ona görə 44 günlük savaşda qismən neytral mövqe tutdu. Rusiya bu mərhələdə Paşinyanı devirə bilməsə də, həm onu işğalı müdafiə etməməklə cəzalandırdı, həm də Qarabağa-torpaqlarımıza öz əsgərlərini gətirdi. Hazırda görünən odur ki, Rusiya Qarabağı, Qarabağla birlikdə isə Azərbaycanı daima öz nəzarətində saxlamağı düşünür, sülh sazişinin imzalanmasından, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından son dərəcə narahatdır. Putin bu açıqlaması ilə ondan imtina etmiş sivil dünyanın, ermənipərəst Qərb dairələrinin də diqqətini özünə cəlb etmək istəyir. Görünür, həmin dairələrin dəstəyinə Türkiyə-Azərbaycan münasibətlərindən daha çox dəyər verir. Bəlkə də ermənilərin vasitəsilə Qərb liderlərinə təsir edib Ukrayna bataqlığından çıxmaq üçün onlarla bir masa arxasında əyləşmək istəyir. Hamımız bilirik ki, ABŞ və Fransada güclü erməni diasporası var. İnanmıram ki, o son açıqlaması ilə Paşinyanın devrilə biləcəyini düşünür.
- Azərbaycan XİN niyə Putinin bu davranışına cavab vermədi?
- İqtidar Rusiya ilə dostluğa böyük önəm verir. Görünür ona görə. Ancaq bağlı qapılar arxasında etiraz ediləcəyinə, Soçidə onun təkliflərinin qəbul edilməz olduğunu və münasibətlərə ciddi ziyan vurduğunu onun diqqətinə çatdıracağıq. Paşinyan bəyan etdi ki, Putinin təkliflərini qəbul edir və ümid edir ki, Putin Soçidə sözünün üstündə duracaq. Bu isə əvvəl əldə olunmuş razılaşmalardan faktiki imtina deməkdir. Belə vəziyyətdə başqa nə edə bilərik?
Rusiya ilə işləməkdə davam etməli, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə, digər dost ölkələrlə məsləhətləşmələrə başlamalı, silahlanmaya və peşəkar ordu quruculuğuna böyük pullar xərcləməliyik. Tarixin elə məqamları olur ki, böyük dövlət adamları öz ölkəsinin gələcəyi naminə cəsarətli qərarlar qəbul etməli olur. Hesab edirəm ki, Ermənistan ilin sonuna qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamasa, Azərbaycan Respublikasının Prezidenti Qarabağ üzərində suverenliyimizi bərpa etmək üçün haqqa-ədalətə, beynəlxalq hüquqa əsaslanan belə bir qərar qəbul etməli olacaq.
Əks halda Qarabağdan gözümüzü çəkməli, artıq ərazi bütövlüyümüzü tanımadığı və onu parçalamaq istədiyi üçün düşmən deyə biləcəyimiz ölkənin ordusunun Azərbaycanda yerləşməsi ilə barışmalı olacağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi