Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin audiovizual media təmsilçiləri toplantı keçirib - Birgə bəyannamə imzalanıb (Yenilənib)
27-10-2022 [13:19]
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı keçirilib.
Mia.az xəbər verir ki, TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının və digər dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, TDT-na üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiyanın müzakirəsi və son nəticədə Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinin imzalanması olub.
Toplantının açılış hissəsində Prezident Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, TDT-nın Baş katibinin müavini Ömər Kocaman, Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov çıxış ediblər.
E.Vəlizadə bu cür tədbirlərin vacibliyi haqqında danışaraq bildirib ki, son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etməsi həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir.
İ.Səttarov Azərbaycanın audiovizual media sahəsinin hazırki vəziyyəti və bir sıra yeniliklər haqqında ətraflı məlumat verib, TDT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərindən, audiovizual media üzrə birgə fəaliyyət haqqında fikirlər səsləndirib.
Ə.İsmayılov təşkil olunan tədbirin əhəmiyyətini vurğulayaraq türk dövlərləri arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan əməkdaşlığın media, o cümlədən audiovizual media və onun tənzimlənməsi sahəsində də gücləndirilməsinin zərurətindən danışıb.
Ö.Kocaman, öz növbəsində, tədbrin təşkil edilməsi üçün bu cür imkan yaradıldığına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Audiovizual Media tənzimləyicilərinin birgə şəbəkələşməsinin zamanın zərurəti olduğunu qeyd edib. TDT Katibliyinin bu istiqamətdə fəaliyyətindən danışan qurum rəsmisi audiovizual medianın tənzimlənməsi sahəsində ölkələrin təcrübə və bilik mübadiləsinin bütün tərəflərə faydalı olacağından əminliyini ifadə edib.
Toplantı öz işini iştirakçıların çıxışları, Forumun yaradılması ilə bağlı Türkiyə Radio və Televiziya Ali Qurumunun (RTÜK) konseptual təqdimatı və bu təqdimat ətrafında müzakirələrin aparılması ilə davam etdirib.
Bu Toplantı çərçivəsində TDT-yə üzv və müşahidəçi dövlətlərin Media üzrə Əlaqələndirmə Komitəsinin 2-ci iclası da keçirilib.
Sabah isə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
***
Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində iştirak edən dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumu Türkiyədə keçiriləcək.
Bu barədə Bakıda keçirilən toplantıda qərar qəbul edilib.
***
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələri Audiovizual media üzrə tənzimləyici orqanlarının I toplantısı keçirilir.
Mia.az xəbər verir ki, toplantıda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, üzv və müşahidəçi ölkələri Audiovizual media üzrə tənzimləyici orqanlarının rəhbərləri iştirak edir.
Məlumata görə, Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edən dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumu yaradılacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi