Nazir müavini Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısına qatılacaq

img

26-10-2022 [17:52]


Sabah Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə öz işinə başlayan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısına qatılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Mia.az-a bildirilib ki, ölkəmizi bu toplantıda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təmsil edəcək.

Qeyd edək ki, tədbirdə təşkilata üzv dövlətlər beynəlxalq yük daşımalarının daha da inkişaf etdirilməsi, regionun tranzit potensialının artırılması, eləcə də alternativ nəqliyyat marşrutlarının inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Məlumata görə, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dəmir yolu administrasiyalarının birinci iclası və bu təşkilata üzv dövlətlərin liman rəhbərlərinin beşinci iclası keçiriləcək.

İclasın yekunu olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq multimodal daşımalara dair saziş və nəqliyyat sektorunda qarşılıqlı asılılıq proqramı kimi sənədlərin razılaşdırılması gözlənilir.

Qeyd edək ki, iclas oktyabrın 28-nə kimi davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR