AMEA-nın prezidenti seçilən İsa Həbibbəylidən açıqlama: "Var gücümüzlə çalışacağıq"

img

25-10-2022 [14:08]


"Var gücümüzlə çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək".

Bunu AMEA-nın yeni seçilən prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

İ.Həbibbəyli Prezident İlham Əliyevə təşəkkür edib: "Prezident İlham Əliyevə təşəkkür edirəm. Qarşıda AMEA-nın nüfuzunu bərpa etmək və və Akademiyanın yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək baxımından qarşımızda mühüm vəzifələr durur. Var gücümüzlə çalışacağıq ki, dövlətimizin dəstəyi ilə Azərbaycan elmini inkişaf etdirək. Dünya elminə ölkəmizin tövhə verməsini təmin edək".


Digər xəbərlər
SON XƏBƏRLƏR