Anar Bağırov: "Mülki işlər üzrə birinci instansiya və apellyasiya məhkəməsində dövlət hesabına vəkil ayrılacaq"

img

24-10-2022 [16:56]


"Azərbaycanda mülki işlər üzrə birinci instansiya və apellyasiya məhkəməsində dövlət hesabına hüquqi yardım göstəriləcək".

Mia.az xəbər verir ki, bu barədə Report-a Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, yaxın vaxtlarda bununla bağlı Mülki-Prosessual Məcəlləyə dəyişiklik ediləcək: "Artıq layihə ilə bağlı müvafiq qurumlarla müzakirə aparılıb və razılaşdırma əldə olunub".

"Onu da qeyd edim ki, indiyədək mülki işlər üzrə birinci instansiya və apellyasiya məhkəməsində dövlət hesabına hüquqi yardım göstərilməyib. Ancaq layihə qəbul olunandan sonra bu, mümkün olacaq", - A.Bağırov vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR