Bu tarixdən güclü külək əsəcək, yağış yağacaq

img

24-10-2022 [14:24]


Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.

Mia.az xəbər verir ki, Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR