Tahir Budaqov: "YAP 800 min insanın siyahısını çap edib təqdim etməlidir, ya necə?!"
24-10-2022 [12:02]
“Qanun layihəsinin 5.3-cü və 18.6-cı bəndlərinin izah edilməsini istəyəcəkdim. Çünki yerli təşkilatlarda bəlkə minlərlə üzv var. Ona görə də bu məsələ dəqiqləşdirilməlidir”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, partiya insanları əqidəyə görə qəbul edir və layihədə bu barədə maddəyə yenidən baxılmalıdır: “Növbəti məsələ 30.1-ci maddə ilə bağlıdır. Reyestrlə bağlı məsələ günün tələbidir, aktualdır. Bütün dünyada proseslər elektronlaşma üzərində qurulub. Reyestrin təqdim edilmə forması dəqiqləşdirilməlidir. YAP 800 min insanın siyahısını çap edib təqdim etməlidir, ya necə?! Partiyaların da bir çoxunun maddi resursları o qədər deyil ki, bunu etsin. Reyestrə üzvlər elektron qaydada da daxil edilməlidir. Torpaqla bağlı məhdudiyyətin götürülməsini YAP təklif etmişdi, amma bu təklifimiz nəzərə alınmayıb. Bu məsələyə də dəqiqlik gətirilsin. Kommersiya məqsədli torpağı əkib-becərmək üçün mülkiyyətə verilməməsi ilə razıyam, amma inzibati binalarının tikilməsi üçün torpaqların partiya mülkiyyətinə verilməsinə məhdudiyyət qoyulması məntiqə uyğun deyil”.
Qeyd edək ki, qanun layihəsinin 5.3-cü maddəsinə əsasən, təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunur, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilir. Bu Qanunun 5.7-ci maddəsinə uyğun olaraq siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilir. Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilir. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstərilir.
Layihənin 18.6-cə maddəsidə qeyd olunur ki, yerli təşkilatda yuxarı orqan ümumi yığıncağdır (konfrans və s.). Ümumi yığıncağda siyasi partiyanın yerli təşkilatında qeydiyyatda olan üzvlər iştirak edir. Ümumi yığıncağda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir, siyasi partiyada müəyyən olunmuş nümayəndəlik normasına uyğun olaraq siyasi partiyanın qurultayına nümayəndələr seçilir və siyasi partiyanın nizamnaməsinə uyğun olaraq digər məsələlər həll edilir.
Qanun layihəsinin 30.1-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş saya çatdırılması üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi