Rasim Məmmədov məhkəmədə: "Maşınım zirehli idi, 4 tərəfdən çəkiliş aparırdı, hər gün görüntülərdə baxırdım ki, kim məni izləyib"
22-10-2022 [11:50]
Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” MMC-nin sabiq rəhbəri Rasim Məmmədovun məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə vəkil Zibeydə Sadıqova vəsatət qaldırıb. O müvəkkili Rasim Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
İş üzrə şahidlərin dindirilməsinin məhkəmə tərəfindən təmin edildiyini deyən vəkil bildirib ki, Rasim Məmmədovun şahidlərə təsir etmə imkanı yoxdur: “Biz hesab edirik ki, Rasim Məmmədov heç bir cinayət əməli törətməyib və məhkəmədən bəraət almaq istəyirik. Ona görə də məhkəmənin keçirilməsi istəyirik”.
Prokuror vəsatətin təmin edilməməsini istəyib.
Məhkəmə ev dustaqlığı ilə bağlı vəsatətin təmin etməyib.
Fasilədə Rasim Məmmədov şəriki Yusif Hənifəzadənin ötən prosesdəki sözlərinə münasibət bildirib. Yusif Hənifəzadənin dedikləri yalanlayan R. Məmmədov deyib ki, Yusif Hənifəzadə hər ay 50 min manat maaş alıb:
“Bildirir ki, arxamca gələrək məni güdüb. Mənim avtomobilim zirehli idi. 4 tərəfdən çəkiliş aparırdı. Mən hər gün görüntülərdə baxırdım ki, kim məni izləyib. O isə məni izləməyib. Deyir evimə qədər məni izləyib. Guya ki, mən yuxarı deyəndə evimin yuxarı mərtəbədə olmasını nəzərdə tutmuşam. Halbuki, mən 2019-cu ildən Mərdəkanda evimdə yaşamışam. Pandemiyadan sonra orada yaşamışam. Sonra deyir ki, “Baku Steel”lə əlaqəsi olmayıb. Maliyyə direktoru Mübariz Səmədovdan soruşun, hər ay 50 min manat maaş alıb”.
İclasda dünyasını dəyişmiş olan şahid Mehman Hüseynovun istintaqa verdiyi ifadəsi elan edilib.
Mehman Hüseynov istintaqda ifadəsində bildirib ki, Rasimlə uşaqlıqdan dost olub:
“Rasimlə yaxşı münasibətim olub. O vaxt Rasim Bayıl həbsxanasının arxasından atasının maşının təmiri üçün yanıma gətirirdi. Elə münasibətlərimiz möhkəmləndi. 2006-2007-ci illər idi Rasim təklif elədi ki, Oksford məktəbini tikidirir. Məni ora tikintiyə nəzarətçi götürdü. Əvvəllər 900 manat, daha sonra 3000 min manat maaş aldım. 2010-cu ildə Rasimlə Çingizin təklifi ilə adıma şirkət yaratmaq istədiklərini bildirdilər. Mən də razılaşdım. “Royal Steel” MMC yaratdılar, təsisçi kimi mənim adıma rəsmləşdirildi. Şirkətinin heç bir işindən xəbərim yox idi”.
Prosesdə şahid Tamaranın dindirilməsi üçün vəsatət qaldırılıb. Hakim vəkillərə vəsatəti yazılı və əsaslandırılmış şəkildə təqdim etmələrini bildirib.
Məhkəmədə şahidlərin dindirilməsi başa çatıb. Sənədlərin tədqiqi prosesinə başlanılıb.
Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi