“Kəpəz” klubunun şikayəti təmin olunmadı

img

21-10-2022 [15:34]


AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubunun apelyasiya şikayətini təmin etməyib.

Mia.az xəbər verir ki, İntizam Komitəsinin 23 sentyabr 2022-ci il tarixdə “Kəpəz” barəsində qəbul etdiyi 4000 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Kəpəz” azarkeşlərinə görə ziyana düşüb. Belə ki, Fanatlar Qəbələdə “Şamaxı” ilə görüşdə (2:1) hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi cərimələnmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR