Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Makrona etiraz məktubu göndərib - MƏTN
20-10-2022 [17:10]
Azərbaycan və Fransa şirkətlərini təmsil edən, müstəqil qeyri-hökumət təşkilatı olan Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ("AFchambe") Fransa prezidenti Emmanuel Makrona etiraz məktubu ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubda deyilir:
Hörmətli cənab Prezident! Oktyabrın 12-də “Fransa 2” kanalında yayımlanan müsahibəniz zamanı verdiyiniz bəyanatlarla bağlı Sizə narahatlığımızı bildiririk. Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı reallığı düzgün əks etdirməyən fikirləriniz bizi təəccübləndirib məyus etdi.
Müsahibə zamanı bunu qeyd etməsəniz də, Sizə çox yaxşı məlumdur ki, Fransanın da lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasının Qətnamələrin (822, 853, 874 və 884 nömrəli qətnamələr) müəyyən etdiyi kimi, keçmiş Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon 30 ildir yaxın müddət ərzində Ermənistanın işğalı altında olub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını geri çəkməsi və evindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının evinə qayıtmasına imkan verməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının birmənalı çağırışlarına baxmayaraq, Ermənistan beynəlxalq hüquqa məhəl qoymayıb və işğalı davam etdirib. Fransa sözügedən qətnamələrin lehinə səs verib, bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanıyıb. Hətta bu gün də erməni silahlı qüvvələri Qarabağ bölgəsində qalaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən üzərinə götürdüyü öhdəliklərindən yerinə yetirməkdən boyu qaçırır, regionda sülh prosesinə əsas maneə kimi çıxış edir.
Dinc əhali arasında itkilərdən bəhs edərkən isə təəssüf ki, Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hücumları qeyd etməkdən yayındınız. Bu hücumlarda 13-ü uşaq olmaqla (o cümlədən 10 aylıq bir körpə) 100-dən çox mülki şəxs olan azərbaycanlı həlak olub.
Cənab Prezident, dediyimiz hər bir sözün öz təsiri, qüvvəsi var və bu mühüm məsələ ilə bağlı verdiyiniz bəyanatlar yalnız Avropada deyil, eləcə də Azərbaycanda yaxından izlənilir. Siz oktyabrın 6-da Praqada keçirilən görüşün iştirakçısı olmusunuz və həm Baş nazir Paşinyan, həm də Prezident Əliyevin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərinin şahidi oldunuz ki, bu sənəd vasitəsilə hər ikisi bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Lakin, Siz və digər fransız siyasətçilər tərəfindən hadisələrin birtərəfli təsviri Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə və uzunmüddətli sülhün bərqərar olmasına ciddi zərər vurur. İki ölkə sülh sazişi imzalamağa bu qədər yaxın ikən bu kimi hərəkətlər proseslərə xüsusilə zərər verir.
"AFchambe" olaraq, biz bütün səmimiyyətimizlə Fransa hökumətini Avropa Birliyi tərəfindən hər iki ölkənin ərazi bütövlüyünü təsdiqləyən Azərbaycan və Ermənistan arasında aparılan sülh sazişi danışıqlarında fəal və pozitiv mövqe tutmağa çağırır və buna ümid edirik. Bu addım Fransa və Azərbaycan arasındakı ikitərəfli münasibətləri yaxşılaşdıraraq Fransanın regionda rolu ilə bağlı ictimai rəyə müsbət təsir edəcək.
"AFchambe" Azərbaycan və Fransa arasındakı əlaqələrin yaxşılaşdırılmasına töhfə verməyə daim hazırdır. Bu məqsədlə, Sizi fransız bizneslərinin və Azərbaycanda yaşayan fransız icmasının mövqeyini eşitmək üçün Sizin üzvlərimiz ilə onlayn görüşünü təşkil etməkdən məmnunluq duyarıq.
"AFchamber" 50-dən çox Fransa, Avropa və Azərbaycan şirkətinin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. "AFchamber"in əsas məqsədi Azərbaycan və Fransa arasında qarşılıqlı iqtisadi və dostluq əlaqələrini inkişaf etdirməkdir. Missiyası isə iki ölkə arasında əməkdaşlığı, davamlı sosial dialoqu və iqtisadi və investisiya əlaqələrinin sistemli və davamlı şəkildə genişləndirilməsini dəstəkləmək və təşviq etməkdir. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir və üzvü deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi