Zelenski: "Rəsmi Kiyev Krım körpüsündəki partlayışın sifarişçisi deyil"

img

20-10-2022 [16:16]


"Krım körpüsündə baş vermiş partlayışı rəsmi Kiyev sifariş etməyib".

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın CTV telekanalına müsahibəsi zamanı deyib.

“Bildiyim qədəri ilə, biz dəqiq belə bir sifariş verməmişik”, - Ukrayna dövlət başçısı əlavə edib.

Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə yük avtomobilinin partlaması nəticəsində körpüdə hərəkət edən yük qatarının çənləri yanıb. Hadisə zamanı 4 nəfər həlak olub. Körpünün avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət hissəsinin 2 zolağı dağılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR