"Biz eyni yolun yolçuları deyilik, Qubad bəy" - Səxavət Əlisoy istefa verdi
19-10-2022 [17:08]
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Səxavət Əlisoy istefa verib.
Mia.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib.
O bildirib ki, pandemiya, daha sonra səhhətində yaranan problemlərlə bağlı hərəkatın sədri Qubad İbadoğlunun onlayn toplantılarından uzaq düşüb:
“Son qurultay barədə isə qurultaydan bir gün sonra dostum Əli Sabirabadlıdan xəbər tutdum. Qubad İbadoğlu Londonda yaşasa da, Bakıda bir təşkilatın həm sədri, həm də Məclisinin sədridir. Birinci müavin postu belə yox. Digər bir partiyada bənzər durum varmı? ADR obyektmi, kiçik müəssisə mi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər.
Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu, onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə yazmıram".
S.Əlisoy qeyd edir ki, Q.İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü büruzə verir: "Birbaşa özünün qayğısı ilə trollar yetişməklə barəsində yazılan tərifləri, şeirləri yağ kimi içir. Haqqında deyilən "dünya miqyaslı alim" epitetinə belə reaksiya vermir.
Qubad İbadoğlunun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanındı. ADR Hərəkatında isə Şəffaflıqdan əsər-əlamət yox.
ADR Hərəkatında sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz.
"Hakimiyyət məndən qorxur", "filan qanun dəyişikliyini mənə görə ediblər", "filan dövlətin baş naziri tanıdığı üçün mənə stavka edəcək" kimi yalanları dövriyyəyə buraxmaqla lider olmaq mümkün deyil...
Daha çox nəsnələrə toxuna bilərəm, amma yazmağı özümə rəva görmürəm.
Sən, uşaqlarına gün ağlamağı bacaran, savadlı və çevik bir araşdırmaçısan, Qubad bəy.
Sən, QHT incəliklərini mükəmməl bilən bir ictimai xadimsən, Qubad bəy.
Partiya, Hərəkat QHT qayda-qanunları ilə idarə oluna bilməz.
Sən bacarıqlı adamsan, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz
Bilirsən ki, səni heç vaxt lider kimi görmədim.
Çünki sən tək adam idarəçiliyinin mən kollektiv, ortaq ağılın tərəfindəyəm.
Biz eyni yolun yolçuları deyilik, hörmətli Qubad bəy.
Sənə və İdarə Heyətində səni "Azərbaycanın xilaskarı" kimi qələmə verənlərə, haqqında təriflər yazıb göylərə qaldıranlara həkim olaraq, sağlamlıq arzulayıram".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi